Məhkəmə qərarları › İş №3(028)-361/2025

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-361/2025

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-361/2025 26.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSCnin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin MN ******* saylı, 26 dekabr 2025ci il tarixli inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 264.0.3-cü maddəsinə əsasən tərtib edilmiş MN ******* saylı, 26 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Protokol Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Qubadlı rayonunda su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı Su Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət edilməməsi ilə əsası ilə tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş 8 saylı Şərqi Zəngəzur regional bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin 16 dekabr 2025-ci il tarixli 009 nömrəli sərəncamına əsasən xidməti ərazi üzrə Qubadlı rayonunda Su qanunvericiliyinin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə "xxxx" MMC-nin mühəndisi X4 ilə birgə nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı Qubadlı rayonu ərazisində su xətti çəkilməsi ilə əlaqədar Şəxs QSC-yə aid işçilərin yaşaması və fəaliyyəti üçün salınmış düşərgələrin Bərgüşad çayının mühafizə zonasına təxminən 80 metrə qədər məsafədə yerləşdiyi məlum olmuşdur. Qeyd etmişdir ki, Bərgüşad çayının mənbəyindən həmin düşərgəyə qədər məsafə 105-110 km təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının onların sahil mühafiə zolaqlarının ölçülərinin, sərhədlərinin və istfadəsinin müəyyən edilməsi” qaydalarının tələblərinə əsasən çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni 100 km-dən 200 km-dək olduqda N metr təşkil etdiyindən sözügedən düşərgələr Bərgüşad çayının su mühafizə zonasına düşür. Həmçinin Şəxs QSC tərəfindən Bərgüşad çayının su mühafizə zonasında su xəttinin çəkilməsi ilə bağlı qazıntı işlərinin aparıldığı aşkarlanmışdır. Qeyd edir ki, hüquqi şəxslərin çay sahillərində yerləşməsi, onların düşərgələrinin qurulması digər müvafiq orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənir. Şəxs QSC ilə sözügedən orqan arasında bu məzmunda razılığın olub-olmaması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Xidmət tərəfindən sorğu ünvanlamış, lakin sorğuya cavab gəlmədiyi üçün məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında Xidmətin nümayəndəsi Polat Həsənli ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin nəzdində yaradılan təşkilatdır. İş materiallarına əlavə edilmiş və Şəxs QSC-nin təqsirli olmasını sübut edən şəkillərin üzərində koordinatlar mövcuddur. Bununla bağlı başqa hər hansı sübutları, o cümlədən ortofotogörünütləri mövcud deyildir. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, podratçı - "xxxx" QSC ilə subpodratçı - Şəxs QSC arasında 21 noyabr 2025-ci il tarixli subpodrat müqaviləsinin 1-ci bəndinə əsasən Subpodratçı Podratçının tapşırığına əsasən bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavəsində göstərilmiş iş həcmlərinə uyğun olaraq Qubadlı rayonunda "Eyvazlı" X2 tikintisi layihəsi üzrə polad borunun qaynaq üsulu ilə quraşdırılması, bitum mastikası ilə izolyasiyası və sınaq olunması işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin Şəxs QSC sözügedən ərazidə qeyd olunan fəaliyyəti icra etməsinə dair səlahiyyətli dövlət orqanlarının icazəsinin olmasına baxmayaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin əməkdaşları tərəfindən Su qanunvericiliyinin, Su Məcəlləsinin 82, 83 və 103-cü maddələrinin və İXM-nin 264.0.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində törədilmiş inzibati xəta ilə əlaqədar Şəxs QSC barəsində xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş və toplanmış digər sənədlər qərar qəbul olunması üçün məhkəməyə göndərilmişdir. Lakin qeyd edir ki, məhkəməyə daxil edilən sənədlər mövcud həqiqəti əks etdirmir. Bildirir ki, orqan düşərgədən çaya olan məsafəni dəqiq göstərən ortofoto görüntüləri məhkəməyə təqdim ertməmişdir. Halbuki həmin fotogörüntüülərlə işin faktiki hallarının müəyyən edilməsi mümkün ola bilərdi. Məhkəməyə təqdim edilmiş yazılı izahatda göstərilmişdir ki, hazırda məhkəmənin icraatında olan işdə inzibati xəta tərkibi yaradacaq əməllər mövcud deyildir. Buna görə sözügedən işə münasibətdə zəruri məqamlar hüquqi və faktiki arqumentlər kontekstində məhkəmənin diqqətinə aşağıdakı ardıcıllıqla çatdırılmışdır. Düşərgənin çay kənarında qurulmasına münasibətdə bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərin böyük hissəsi mina və partlamamış hərbi sursatlarla dolu olması səbəbindən, yalnız ANAMA tərəfindən yoxlanılmış və rəsmi şəkildə təsdiqlənmiş sahələrə girişə icazə verilir. ANAMA tərəfindən təsdiq olunmayan ərazilərə giriş qanunvericiliklə qadağandır və birbaşa həyat üçün təhlükə yaradır. Düşərgənin yerləşdiyi ərazi sərhəd qoşunlarının komendaturasına bitişik olub, mina təhlükəsizliyi baxımından icazəli və nəzarət olunan zonada yerləşir. Həmin əraziyə öncədən yeni yol çəkilişi ilə bağlı qazıntıdan çıxmış qrunt tökülmüş, düşərgə də məhz bu töküntü qruntun üzərində qurulmuşdur. Alternativ sahələr isə ANAMA-nın təsdiqi olmadığı üçün istifadəyə yararsızdır. Qeyd edilən ərazi dövlət sərhədinə çox yaxın olduğuna görə müəyyən zonalara giriş qadağandır, düşərgənin başqa əraziyə köçürülməsi həm sərhəd rejimi, həm də mina təhlükəsi baxımından mümkün deyildir. Bu məhdudiyyətlər dövlət orqanları tərəfindən tətbiq olunmuş rəsmi təhlükəsizlik rejimləridir. Qubadlı rayonu ərazisində hazırda mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. İşğaldan azad edilmiş ərazilərdə ümumi mühəndis-kommunikasiya infrastrukturu (kanalizasiya, təmizləmə qurğuları və s.) dövlət tərəfindən mərhələli şəkildə yaradılmaqdadır. Bu səbəbdən istənilən obyektin mövcud olmayan sistemə qoşulması texniki və faktiki olaraq mümkün deyil. Bundan başqa Laçın rayonu daxil olmaqla, çay kənarında inşa edilən yeni kəndlərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi, çirkab su təmizləmə qurğuları mövcud deyil. Qubadlı rayonunun çay kənarında yerləşən kəndlərinin böyük hissəsi N metr məsafə daxilində salınmışdır. Bu ərazilər uzun illər istifadə olunmuş və həmin vəziyyətə görə heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Bu fakt dövlət qurumlarının da mövcud şəraitdə alternativ texniki həll olmadığını qəbul etdiyini göstərir. Qubadlı rayonu ərazisində polis bölmələri, sərhəd qoşunlarının hissələri, Müdafiə Nazirliyinə məxsus hərbi hissələr çaylara N metr məsafədən daha yaxın ərazilərdə yerləşir və daimi əsasda fəaliyyət göstərir. Qeyd edir ki, Bərgüşad çayın faktiki uzunluğu 178 km-dir və 300 km-dən çox deyildir. Azərbaycan Respublikasına düşən hissəsi isə 43 km-dir. Nəticə etibarilə inzibati xətaya görə cərimə 300 kmdən uzun olan çaylarda keçərlidir. Göründüyü kimi daimi obyektlərin mövcud olduğu zonada müvəqqəti xarakterli düşərgəyə münasibətdə inzibati xətaya görə məsuliyyətin tətbiqi bərabərlik, ədalət və proporsionallıq prinsiplərinə ziddir. Çay yatağında işlərin görülməsi su elektrik stansiyası layihəsi çərçivəsində icra olunur, çaydan suyun götürülməsi və yenidən çaya qaytarılması, boru kəmərinin trası dövlət tərəfindən təsdiqlənmiş layihəyə əsaslanır. Bu layihədə sifarişçi – "xxxx" ASC-dir. Beləliklə, qeyd edilənlərin əsasında görünən odur ki, hazırkı iş üzrə inzibati xəta tərkibi yaranmayıb, şirkət tərəfindən hər hansı qanun pozuntusuna yol verilməyib. Protokol tərtib edən orqanın iş materiallarına əlavə etdiyi şəkillər məhz Şəxs QSC tərəfindən sözügedən ərazidə qanun pozuntusunun törədildiyini təsdiq etmir. Qeyd edilənlərə əsasən Şəxs QSC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin 16 dekabr 2025-ci il tarixli 009 nömrəli Sərəncamı əsasında Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonları ərazisində 05 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılmışdır. 26 dekabr 2025-ci il tarixli 001614 nömrəli aktdan görünür ki, Qubadlı rayonu ərazisində sərəncam əsasında qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə "xxxx" MMC-nin mühəndisi X4 ilə birgə nəzarət tədbirləri zamanı Qubadlı rayonu ərazisində su xətti çəkilməsi ilə əlaqədar Şəxs QSC-yə aid işçilərin yaşaması və fəaliyyəti üçün salınmış düşərgələrinin Bərgüşad çayının (Bazar çay) mühafizə zonasından təxminən 80 metrə qədər məsafədə yerləşdiyi müəyyən olunmuşdur. Bərgüşad çayının (Bazar çay) mənbəyindən həmin düşərgəyə qədər məsafə 105-110 km təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının tələblərinə əsasən çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni 100 km-dən 200 km-dək olduqda 300 m təşkil etdiyindən sözügedən düşərgələr Bərgüşad çayının (Bazar çay) su mühafizə zonasına düşür. Həmçinin Şəxs QSC tərəfindən sözügedən çayın su mühafizə zonasında su xəttinin şəkilməsi ilə bağlı qazıntı işlərinin aparıldığı faktı da tərəflərindən aşkarlanmışdır. Araşdırma zamanı özünü Şəxs QSC-nin layihə koordinat rəhbəri kimi təqdim edən Mehdiyev Rəşada aşkar olunmuş faktların qanun pozuntusu olduğu və qanunvericiliyin tələbləri izah edilmişdir. Bununla bağlı sözügedən şəxs aktda iştirak etməkdən və yazılı izahat verməkdən imtina etmişdir. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 17 dekabr 2025-ci il tarixli 007 nömrəli qərardad başladılmış, Mehdiyev Rəşadla mobil telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmış olsa da, inzibati araşdırmada iştirak etməmişdir. Bununla da Şəxs QSC tərəfindən “Su mühafizə zonalarının onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının təsdiq edilməsi haqqında qərarın tələbləri pozulmuşdur. Sözügedən ərazidə çəkilmiş fotoşəkillər və tərtib edilmiş aktı imzalamaqdan imtina barədə xx.xx.2025-ci il tarixli 009 nömrəli akt əlavə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən Şəxs QSC-yə ünvanlanmış məktubdan görünür ki, 17 dekabr 2025-ci il tarixli 007 nömrəli Qərardadla inzibati araşdırma başlamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs QSC-nin təqsirliliyi sübuta yetirilmədiyindən hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 264.0.3-cü maddəsinə görə su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə aşağıda qeyd edilərlərə əsasən hesab edir ki, Şəxs QSC-nin İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola hüquqi şəxsin təqsirliliyi ilə bağlı əlavə edilmiş fotoşəkillər Şəxs QSC-nin həmin maddə maddə ilə təqsirli hesab edilməsi üçün yetərli sübut hesab edilə bilməz. İlk növbədə məhkəmə qeyd edir ki, orqan tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi Qubadlı rayonu ərazisində su xətti çəkilməsi ilə əlaqədar guya Şəxs QSC-yə aid düşərgənin Bərgüşad çayının mühafizə zonasına təxminən 80 metrə qədər məsafədə yerləşməsi olmuş və bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının onların sahil mühafiə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” qaydalarının tələblərinə əsasən çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni 100 km-dən 200 km-dək olduqda N metr təşkil etdiyindən sözügedən düşərgələr Bərgüşad çayının su mühafizə zonasına düşməsinə istinad edilmişdir. Protokolu tərtib etmiş 8 saylı Şərqi Zəngəzur regional bölməsi guya bu faktı təsdiq edən bir sıra fotoşəkilləri çəkib materiala əlavə etməklə hüquqi şəxsin əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsinə nail olmağa çalışmışdır. Belə ki, iş matealların əlavə edilmiş “Qubadlı rayonu ərazisində Bərgüşad çayının “Bazarçayın” mühafizə zonasında yerləşən Şəxs QSC-yə aid olan işçilərin yaşaması və fəaliyyəti üçün salınmış düşərgə və düşərgədə formalaşan məişət və tullantı sularının kənara axıdılmasına dair” və o cümlədən “Qubadlı rayonu ərazisində Bərgüşad çayının “Bazarçayın” məcrasında və mühafizə zonasında Şəxs QSC-nin qazıntı işlərinin aparılmasına” dair şəkillərdə adı çəkilən müəssisə tərəfindən düşərgənin məhz mühafizə zonasında, yəni sahilə N metrdən az hissəsədə salınmasını təsdiq edən əsaslı sübut təqdim edilməmişdir. Belə ki, Şəxs QSC-nin mühafizə zonasında işlər aparılmasına dair fotoşəkillərdə işlərin məhz həmin müəssisə tərəfindən aparılması öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin təqsirliliyi məsələsi hazırki iş üzrə dəqiq ölçülər əsasında müəyyən edilməli olduğu halda 8 saylı Şərqi Zəngəzur regional bölmə yerin həqiqi ölçülərini əks etdirən rəqəmsal xəritəni məhkəməyə təqdim etməmişdir. Halbuki, adi fotoşəkillərdən fərqli olaraq ortofotoda hər bir nöqtənin (x,y,z) koordinatı doğru göstərilir, bu da məsafələrin və sahələrin ölçülməsinə imkan verir. Məhkəmə bu xüsusatla bağlı inzibati orqanın nümayəndəsinə əlavə sübutların təqdim edilməsinə imkan yaratsa da, hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq bir halı da qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında adı çəkilən hüquqi şəxs tərəfindən guya Bərgüşad çayının mühafizə zolağında düşərgə salınmasına dair Şəxs QSC-nin icazə almadığını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd etmişdir ki, protokol tərtib edildikdən sonra bu barədə onlar tərəfindən aidiyyatı üzrə sorğu verilmiş, lakin indiyədək hər hansı cavabın alınması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 1304 nömrəli və “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma məsələlər haqqında” 12 avqust 2021-ci il tarixli 1423 nömrəli fərmanları ilə 1.1 və 3-cü maddələrinə əsasən tikinti məqsədləri üçün işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinə və yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi müvəqqəqi olaraq Azərbaycan Respublikasının Dövlət Şərhərsalma və Arxitektura Komitəsi yanında X3 və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi bu barədə əsaslı araşdırma aparıb müvafiq sübutları toplamadan Şəxs QSC barəsində qeyd edilən protokolu tərtib etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs QSC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə iş üzrə icraata xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs QSC barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar