Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-362/2025 19.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan X2 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan X2 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin MN ******* saylı, 26 dekabr 2025-ci il tarixli, inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: X2 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.3-cü maddəsinə əsasən tərtib edilmiş MN ******* saylı, 26 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda Qubadlı rayonu ərazisindən keçən Bərgüşad çayının su mühafizə zonasına Şəxs tərəfindən müdaxilə edilərək çayın məcrasının dəyişdirilməsi nəticədə su mühafizəsi zonası rejiminin pozulmasının müəyyən edildiyi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş 8 saylı Şərqi Zəngəzur regional bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, protokolu müdafiə edirlər. Qarşı tərəf Suyun Mühafizə zonalarına müdaxilə edərək çayın məcrasını dəyişdirmişdir. Azərbaycan X2 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin əməkdaşları tərəfindən Su qanunvericiliyinin, “Su Məcəlləsi"nin, 82, 83 və 103-cü maddələrinin tələblərinin pozulması nəticəsində törədilmiş inzibati xəta ilə əlaqədar "xxxx" MMC-nin qazıntı işləri üzrə mühəndisi Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Qeyd edir ki, Suların İstifadəsinə və X1 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı monitorinq və nəzarət tədbirləri aparmaq məqsədilə xx.xx.2025 tarixli Sərəncam verilmişdir. Baxış zamanı xx.xx.2025-ci ildə qayda pozuntuları aşkar edilmiş, bununla bağlı Akt tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq tərtib edilmiş protokolun təmin edilməsini, vəzifəli şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXMnin 264.03-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında onun inzibati məsuliyyətini istisna edən hər hansı hal müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan X2 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsinin rəhbəri Ayaz Nəcəflinin 16 dekabr 2025-ci il tarixli 009 nömrəli Sərəncamı əsasında Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonları ərazisində 05 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılmış və Qubadlı rayonu ərazisində Bərgüşad çayının (Bazarçayın) mühafizə zonasına və məcrasına baxış keçirilmişdir. 001615 nömrəli, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Qubadlı rayonu ərazisindən keçən Bərgüşad çayının su mühafizə zonasına Şəxs tərəfindən müdaxilə edilərək çayın məcrasının dəyişdirilməsi faktı müəyyən edilmişdir. Araşdırma zamanı özünü "xxxx" MMC-nin qazıntı işləri üzrə mühəndisi kimi təqdim edən vəzifəli şəxs Şəxs rəhbərlik tərəfindən rəsmi icazə alındıqdan sonra ərazidə işlərə başlanılması barədə ona tapşırıq verildiyini, lakin rəsmi icazə alınmadan sözügedən işə başladığını demiş və su elektrik stansiyasının tikilməsi məqsədi ilə çayın məcrasını müvəqqəti dəyişdirdiyini yazılı izahatında bildirmişdir. Həmin işlərin rəsmi icazə alınmadan aparılmasının qanun pozuntusu olduğu və AR “Su Məcəlləsi”-nin 103-cü maddəsinin və Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarının 22-ci bəndinin tələblərinin pozulduğu Şəxs izah edilmişdir. Şəxs izahatında qeyd etmişdir ki, "xxxx" MMC-də qazıntı mühəndisi işləyir. Halhazırda kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı Qubadlı rayonu ərazisində Bərgüşad çayının məcrası müvəqqəti olaraq tərəfindən dəyişdirilmişdir. Görülən bu işlər rəhbərlik tərəfindən rəsmi icazə alındıqdan sonra ərazidə işlərə başlamağı ona tapşırsa da, bu işləri aidiyyatı qurumdan rəsmi icazə almadan özü etmiş və bunun qanun pozuntusu olduğunu bilməmişdir. Əlavə edilmiş fotoşəkillərdən aktda təsvir edilən pozuntuların mövcudluğu bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Su Məcəlləsinin: 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. 83-cü maddəsinə əsasən su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 103-cü maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə Su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 264.0.3-cü maddəsinə görə su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli əmrdən və əmək müqaviləsindən görünür ki, Şəxs "xxxx" MMC-də “Qazıntı işləri üzrə mühəndis” vəzifəsində çalışır. Göründüyü kimi onun İXM-nin sanksiyasıında qeyd edilmiş vəzifəli şəxslər kateqoriyasına aid olması öz təsdiqini tapmışdır. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq iş materiallarını və protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından və sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, Şəxs izahatında Bərgüşad çayının mühafizə zonalarında aparılan işlər üçün Suların İstifadəsinə və X1 Xidmətinin icazəsini almadığını etiraf etmişdir. Göründüyü kimi, AR Su Məcəlləsinin 82 və 83-cü maddələrinin tələbləri pozularaq Suların İstifadəsinə və X1 Xidmətinin rəsmi razılığı olmadan Şəxs qazıntı işləri aparılmasına tapşırıq vermiş, nəticədə Bərgüşad çayının yatağına təsir göstərilmişdir. Şəxs yuxarıda sadalanan normaların tələblərini kobud şəkildə pozmuşdur. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, inzibati araşdırma zamanı verdiyi izahatında təqsirini səmimi olaraq etiraf etməsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(028)-362/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-362/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver