Məhkəmə qərarları › İş №3(028)-38/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-38/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-38/2022 07.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Nizami oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkaəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən 25.05.2022-ci il tarixli İXP4658952 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Qubadlı Rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər.Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarına əlavə edilmiş 22.12.2021-ci il tarixli EQ8610807 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın 21.12.2021-ci il tarixdə Ə.Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişəmisində saat 12:40 radələrində VAZ21214 minik markalı 90NT027 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs yol nişanlarının tələblərinə riayət etməmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 17.12.2021-ci il tarixli EQ8573779 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Ə.Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişəmisində 16.12.2021-ci il tarixdə saat 15:22 radələrində VAZ21214 minik markalı 90NT027 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs yol nişanlarının tələblərinə riayət etməmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 08.01.2022-ci il tarixli EQ8721531 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Sülh küçəsi Azərboru Zavodunun qarşısı Sumqayıt çıxış 1 istiqamətində 07.01.2022-ci il tarixdə saat 11:06 radələrində VAZ21214 minik markalı 90NT027 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 11.01.2022-ci il tarixli EQ8749718 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Ələt-Astara yolu 14,8 km istiqamətində 11.01.2022-ci il tarixdə saat 11:55 radələrində VAZ21214 minik markalı 90NT027 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 04.01.2022-ci il tarixli EQ8698913 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Mehdiabad yolu Mehdiabad çıxışı istiqamətində 04.01.2022-ci il tarixdə saat 12:12 radələrində VAZ21214 minik markalı 90NT027 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən X1 baxış keçirilən zaman EQ8610807, EQ8573779 saylı, EQ8721531 saylı, EQ8749718 saylı və EQ8698913 saylı protokollar üzrə qaimələrin artıq ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsə isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs cərimələrini inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,106, 109, 114.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar