Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-4/2024 26.01.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X12 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X3, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında MN1440032 saylı qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il MN1440032 saylı qərarın ləğv edilməsini və işə yenidən məhkəmə qaydasında baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şikayətçi X8 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2023cü il tarixdə tanışları X4 və X10 ilə birlikdə Qubadlı rayonu Ulaşlı kəndi ərazisində Bərgüşad çayından qarmaq vasitəsi ilə balıq tutarkən onlara bir neçə nəfər yaxınlaşmış və onlara guya burada torla balıq tutduqlarını bildirmişlər.Onlar torla deyil, qarmaqla balıq tuturdular.Sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfinən onların hər biri barəsində protokol tərtib olunmuş və cərimə yazılmışdır.Ona yazılmış cərimə qanunsuzdur və məhkəmə qaydasında ləğv olunmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qərar qəbul edilmiş və o, 700 manat cərimə olunmuşdur. O, nazirlikə əlaqə saxlayaraq ovda olmadıqları halda nə üçün barələrində inzibati qərar qəbul edildiyini və eyni zamanada həmin qərar qəbul olunarkən onu məlumatlandırmadıqlarını soruşsa da, onlar müxtəlif bəhanələrlə məsələdən yayınaraq sonda ona məhkəməyə müraciət etməyi bildirmişdirlər.Hesab edir ki, barəsindəki qərar tamamilə qanunsuz və əsasızdır.Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkmədə qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bildirdi ki, inzibati protokol və inzibati qərar əsaslı tərtib edilmişdir. Şikayətin rədd edilməsi məhkəmədən xahiş edildi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan və X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvanlanmış 6-BM/2623-099 nömrəli xx.xx.2023-cü il tarixli və G-BM/2623-106 saylı xx.xx.2023-cü il tarixli inzibati xətalar haqqında işlər üzrə bildrişlərin surətlərindən görünür ki, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində qanunsuz balıq ovlanması faktı ilə bağlı barələrində inzibati iş başlanması, inzibati xəta ilə bağlı işə xx.xx.2023-cü il tarixdə, saat 10:00-da, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılması, inzibati işə baxış zamanı özlərinin və ya səlahiyyətli nümayəndənin (vəkalətnamə ilə birgə) iştirakını təmin etmələri xahiş edilmiş, əks təqdirdə inzibati xətalar barədə işə iştirakları olmadan baxılacağı bildirilmişdir. Məhkəməyə təqdim edilmiş xəbərnamələrin surətlərindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 6-BM/2623-099 nömrəli inzibati xətalar haqqında işlər üzrə bildriş və G-BM/2623-106 saylı xx.xx.2023-cü il tarixli inzibati xətalar haqqında işlər üzrə bildiriş X9 tərəfindən “poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamələrin “şəxsən” qrafasına imza edilməklə müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmişdir. İş materiallarında olan MN1440032 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Qubadlı rayonu Ulaşlı kəndi ərazisindən keşən Bərgüşad çayında iki ədəd balığın qadağan olunmuş alətlə (sintetik tor) ovlanması faktı müəyyən edilmişdi və nəticədə X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati qaydada 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş Qubadlı RPŞ-nin İstintaq qrupuna izahatında X8 bildirmişdir ki, Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində çayda ekran qurmaqla (eni təxminən 30 sm olan tor ilə balıq ovlama) üçü birlikdə balıq ovu ilə məşğul olmuşlar. Məhkəməyə təqdim edilmiş Qubadlı RPŞ-nin İstintaq qrupunun xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, araşdırma zamanı "xxxx" ASC-nin Şərqi Zəngəzur regionu üzrə bölmə rəisi vəzifəsində işləyən Pərviz Həsənov bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində iş yerinə məxsus **-AX-*** qeydiyyat nişanlı Mitsubishi L 200 markalı xidməti nəqliyyat vasitəsi ilə tanışı Daşqın adlı şəxs və Zəngilan rayonu Ağalı kənd sakini Elman Əliyev ilə birlikdə Qubadlı rayonu Ulaşlı kəndində yerləşən çay kənarı əraziyə balıq tutmaq məqsədi ilə getmişdirlər. Daşqın İbrahimov izahatında sintetik tor ilə balıq ovu etmədiyini bildirsə də, onunla birlikdə olan Pərviz Hüseynov və Elman Əliyev hər üçünün sintetik tor (cəmiyyət içərisində ekran adlanan tor) ilə balıq ovu etdiklərini etiraf etmişdirlər. İş materialları ilə müəyyən olunmuşdur ki, X8, X4 və X6 əməllərində cinayət tərkibinin olması istisna olunur. Hər üç şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü müvafiq materialların Azərbaycan Respublikası ETSN 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(034)-53/2023 saylı qərarından görünür ki, X2 tanışları X8 və X10 ilə birlikdə Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində Bərgüşad çayından balıq tutmaqla inzibati xəta törətməsi faktı tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin təqdim etdiyi video görüntülərə baxış keçirən zaman X8 bildirdi ki, görüntüdə olan şəxslər onlardı, görüntülərdən müəyyən edildi ki, şəxslər ekran tipli torla balıq ovu edirlər. “Balıqçılıq haqqında” Azərbaycan Respublıkasının Qanununun 11-ci maddəsində göstərilir ki, balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur. Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna dair tələblərdə (“Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavə) göstərilir:
2. Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır: 2.1. hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov; 2.2. lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar; 2.3. bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Balıq və digər su bioresursların ovunun” 243 saylı xx.xx.2017-ci il tarixli Qaydalarında göstərilir ki, balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu qadağandır (maddə 2.5.21). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə tanışları X4 və X6 əməllərində Bərgüşad çayından sintetik tor ilə balıq ovlamaları faktı öz təsdiqini tapmışdır. Lakin onların əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onlar barəsində cinayət işinin başlanması rədd edilmiş və barələrində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibatı xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü müvafiq materiallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir.Eyni zamanda şikayətçi idarə tərəfindən məlumatlandırılmadığını bildirsə də, iş materiallarındakı «poçt göndərişlərinin verilməsi haqqında» xəbərnamələrin surətləri şikayətçinin məlumatlı olduğunu göstərir. Nəticə olaraq məhkəmədə təqdim olunmuş ifadələr, fotoşəkillər, videogörüntülər və sənədlərlə X3 inzibatı xəta törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında MN1440032 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
HAKİM ELMİR HÜSEYNOV