Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-40/2023 24.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X1, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1992-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 2, mənzil 36-da məskunlaşan (tel: 070 739 33 39, FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-754/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 8091,83 manat əsas borc, 1391,5 manat faiz borcu, cəmi 9483,33 manat borc və ödənilmiş 114,83 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 9598,16 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir.Lakin borclu icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq boyun qaçırmşıdır. O, izahatında borcu ödəyə bilməməsini bildirir.Tələbkar isə borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bankdan borcu dostu üçün götürüb.Borcu ödəyə bilmir.Hazırda heç bir yerdə işləmir. 6 ay ərzində 250 manat ödəniş edib.Anasının xəstəliyi ilə əlaqədar olaraq maddi durumu borc ödənişini reallaşdırmağı qeyri-mümkün edir. Məhkəmədə tələbkarın nümayəndəsi bildirdi ki, borclunun kredit müqaviləsi üzrə banka borcu var.Borclu ödənişindən yayınır.Təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarın nümayəndəsini və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-40/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-40/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver