Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-40/2024 08.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə X2 barəsində Azərbyacan Respublikası DİN-nin Abşeron DYP Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron DYP Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə şikayətçiyə və protokolu tərtib edən Azərbyacan Respublikası DİN-nin Abşeron DYP Yol Patrul Xidmətinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, xidmətin nümayəndəsi işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmiş, lakin şikayətçi X2 məhkəməyə ərizə ünvanlamışdır. Şikayətçinin xx.xx.2024-cü il tarixli ərizəsində bildirilir ki, o, ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir. Həmin Məcəllənin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 barəsində Azərbyacan Respublikası DİN-nin Abşeron DYP Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-40/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-40/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver