Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-45/2024 09.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Qərar tərtib etmiş orqan Qubadlı rayon Prokurorluğun nümayəndəsi Qubadlı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Qubadlı rayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin sürücüsü X3 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisəsinin təhqiqatı aparılmışdır. Nəticədə fiziki şəxs Şəxs barəsində yol verilmiş nöqsanla əlaqədar Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatı başlanması haqqında protokola baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmədə qərar tərtib etmiş orqan Qubadlı rayon Prokurorluğun nümayəndəsi bildirdi ki, fiziki şəxs Şəxs “Tikinti norma və qaydaları İİİ 4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1, 2.2 bəndlərinin tələblərini pozaraq, Qubadlı rayonu, Xanlıq kəndi ərazisində su xətlərinin yerləşdiyi xəndəyin üzərində beton işlərinin görülməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini təmin etmədiyinə görə "xxxx" MMC-nin sürücüsü vəzifəsində işləyən X3 iş zamanı Qubadlı rayon Balasoltanlı kəndi ərazisində su xətlərinin betonlanması zamanı idarə etdiyi maşından düşərək, xəndəyə baxarkən müvazinətini itirib, xəndəyə yıxılmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ bud sümüyünün yuxarı üçdə birinin fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı xəsarəti almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xətasını törətmişdir. X5 xx.xx.2023-cü il tarixdən Qubadlı rayonu, Balasoltanlı kəndindən Xanlıq kəndinə qədər su xətlərinin üzərini betonlamaqla, yəni pompaçı işi ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qubadlı rayonu Xanlıq kəndi ərazisində beton işlərinin görülməsi ilə bağlı iş görərkən ayağı sürüşərək çuxura düşmüş və iş vaxtı xəsarət almışdır. Şəxs “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil - Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1,2.2 bəndlərinin tələblərini pozaraq, Qubadlı rayonu, Xanlıq kəndi ərazisində su xətlərinin yerləşdiyi xəndəyin üzərində beton işlərinin görülməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini təmin etmədiyinə görə "xxxx" MMC-nin sürücüsü vəzifəsində işləyən X3 iş zamanı Qubadlı rayon Balasoltanlı kəndi ərazisində su xətlərinin betonlanması zamanı idarə etdiyi maşından düşərək, xəndəyə baxarkən müvazinətini itirib, xəndəyə yıxılmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ bud sümüyünün yuxarı üçdə birinin fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı xəsarəti almasına səbəb olmuşdur. 09.01,2024-cü il tarixli, 11/24 saylı məhkəmə-tibb ekspertizası rəyinə əsasən X1 bud sümüyünün yuxarı üçdə birinin fraqmentləri yerinidəyişmiş qapalı sınıq olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1171 nömrəli əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1,2.2 bəndlərinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydalan”nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “X9” MMC-nin işçiləri tərəfindən Qubadlı rayonu, Xanlıq kəndi ərazisində su xətlərinin yerləşdiyi xəndəyin üzərində beton işlərinin görülməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “Tikinti norma və qaydaları İİİ- 4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarf’nın 2.1, 2.2 bəndlərinin tələbləri texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb rayon prokurorluğunda toplanmış 01-C-24 saylı material üzrə aşkar edilmiş məlumat olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şəxs bildirdi ki, o, hadisə zamanı hadisə yerində olmayıb, əraziyə zənglə çağırılıb və həkimlə birlikdə hadisə baş vermiş yerə gediblər. “X9” MMC-də texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssiz olaraq baş vermiş hadisəyə görə birbaşa cavabdehlik daşıyan şəxsdir. Bədbəxt hadisədə təqsirli olduğunu təstiq etdi və məhkəmədən yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsini və barəsində protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Hadisə yerinə təkrar baxış keçirilməsi haqqında protokoldan görünür ki, rayonun Xanlıq kəndi ərazisində su xəttlərinin çəkildiyi və Dünyamalı Haqverdiyevin yıxıldığı yerə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, o, su xətlərinin yerləşdiyi çuxurun üzərini betonlayarkən ayağı sürüşmüş dərinliyi təxminən 5-6 metr olan çuxura yıxılmış, nəticə etibari ilə iş saatında xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X11 Beyləqan rayon şöbəsinin 11/24 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bud sümüyünün yuxarı üçdə birinin fraqmentləri yerinidəyişmiş qapalı sınıq olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/1171 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1,2.2 bəndlərinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydalan”nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “X9” MMC-nin işçiləri tərəfindən Qubadlı rayonu, Xanlıq kəndi ərazisində su xətlərinin yerləşdiyi xəndəyin üzərində beton işlərinin görülməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarf’nın 2.1, 2.2 bəndlərinin tələbləri texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin beton maşınının sürücüsü X2 xətlərinin yerləşdiyi xəndəyə yaxınlaşmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçular üçün nümunəvi daxili nizam qaydaları»na 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. İş materiallarında olan vəzifə təlimatından görünür ki, “X9” MMC-də SƏTƏMM üzrə mütəxəssis olaraq Şəxs əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsində məsul şəxs olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələrdə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 6-2 nömrəli “16” fevral 1999-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.) göstərilir ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əməyin mühafizəsi xidmətinə aşağıdakı funksiyalar həvalə edilməlidir: 3.1.İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi; 3.2.İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi; 3.3.Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək; 3.20.əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə;fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə;istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında Əsasnaməyə əməl edilməsinə; kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin əməyin mühafizəsi, bədbəxt hadisə əmələ gətirən səbəblərin aradan qaldırılması üzrə tədbirlərin, dövlət nəzarət orqanları tərəfindən verilmiş göstərişlərin, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə digər tədbirlərin yerinə yetirilməsinə; əməyin mühafizəsi üzrə təlimatların hazırlanması vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların mövcudluğuna və vaxtında onlara yenidən baxılmasına; təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə; avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə;ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinə; qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə; əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsinə; xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə; əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitin muəssisə tərəfindən düzgün xərclənməsinə və s. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: -əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; -binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; -bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; -işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; -normal əmək və istirahət rejiminə riayət edilməsini; -işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; -kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. Məhkəmə hesab edir ki, Qubadlı rayon Prokurorluğu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterinin nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18,31.3,54, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx xxxxxx 1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu, H.Hacıyev 16 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 73, ev 159 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-45/2024
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-45/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver