Məhkəmə qərarları › İş №3(028)-5/2021

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-5/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-5/2021 16.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2020-ci il tarixli İXP3374971 saylı inzibati protokol əsasında qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 127-ci maddəsinə müvafiq olaraq onun iştirakı olmadan Məcəllənin 529.3-cü maddəsi üzrə tərtib olunmuş İXP3693467 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X3 məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş DİN-nin DYP Web Portalından olan çıxarışından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:31-də (protokol №İXP3374971) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə altmış manat məbləğində cərimə edilmişdir və onun xx.xx.2021-ci il tarixə həmin cərimə üzrə 36 manat dəbbə borcu da yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Göstərilən hal inzibati xəta haqqında protokol və işin digər materialları ilə də sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib qiymət verərək hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu və 529-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar