Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-51/2022 24.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən X2, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1, Şəxs vəkili Vəkil iştirakları ilə Vət. Şəxs xx.xx.1980-cı ildə Qubadlı rayonu, İşıqlı kəndi anadan olmuş, ailəli, 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Qubadlı rayonu, İşıqlı kəndində qeydiyyatda olan və Betonzavod ərazisi, Ceyranbatan bağları, fərdi evdə məskunlaşan (tel: 050 366 92 86, FİN:xxxxxxx) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-604/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X3, Şəxs, X5 və X6 tələbkar "xxxx" ASC-nin xeyrinə 27780 ABŞ dolları məbləğində əsas borc, 1070,10 ABŞ dolları faiz borcu, 28,70 ABŞ dolları məbləğində penya olmaqla cəmi 28878,80 ABŞ dolları borc, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmədə protokol tərtib edən Sumqayıt şəhəri üzrə icra məmuru Toğrul Rüstəmov bildirdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-604/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və borclu məlumatlandırılmışdır.Şəxs borcu ödəməkdən qərəzli yayınır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci il maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir.Tələbkar borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, borcu götürməyib. X4 zamini olubdur.Özünü borclu saymır.İşləmir.Xəstədir.Gözləri zəif görür.İcraçılar əsas borclunu deyil, bunlardan borcu tutmaq istəyirlər. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili onun izahatına uyğun ifadə verərək Şəxs zamin olaraq məsuliyyətli olmasını bildirdi. Məhkəmədə tələbkarın nümayəndəsi bildirdi ki, cavabdehlərin banka müştərək qaydada borcları vardır.Onlar ödənişdən yayınırlar və banka borcu qaytarmırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun vəkilini, tələbkarın nümayəndəsini, icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №3(028)-51/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-51/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver