Məhkəmə qərarları › İş №3(028)-51/2024

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-51/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-51/2024 24.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qubadlı RPŞ DYPB-nin polis kapitanı X1, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 65-də qeydiyyatda olan və orada yaşayan (tel: 070 547 20 90, FİN xxxxxxx) barəsində Qubadlı RPŞ DYPB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 332.1, 332.3 və 332.5-ci maddələri ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 332.5-ci maddələri ilə xx.xx.2024-cü il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Volkswagen markalı 20-ED3-90 dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ və etibarnamə olmadığı halda sərnişin daşımaqla idarə etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qubadlı RPŞ DYPB-nin polis kapitanı X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Volkswagen markalı **-ED-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edərkən Qubadlı rayonunun Zilanlı kəndində yerləşən stasionar postda nəqliyyat vasiəsi yoxlanılmış və həmin avtomaşında qanunsuz sərnişin daşıma qaydalarının pozulması aşkar olunmuşdur. Araşdırma zamanı Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ və etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Vətəndaşın hərəkəti təhlükə yaratdığı üçün protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Horadiz qəsəbəsindən Laçın şəhərinə gedərkən xx.xx.2024-cü il tarixdə Volkswagen markalı 20ED390 dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ və etibarnaməsi olmadan idarə edib. Əməlindən peşmandı. Məhkəmədən daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Şəxs ifadəsinə uyğun izahat verərək ona yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalı, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi olan hissədə həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Laçın rayonu Güləbird postu ərazisində X6 minik markalı 77PB352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “X4” Azərbaycan Respublikası Qanununa əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi aparılmış araşdırma nəticəsində Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin ümumi istifadədə olan nəqliyyat vasitəsi olması müəyyən edilmir. Belə ki, həmin nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulsa da, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi deyil. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dindirilərkən əməlində peşman olduğunu məsuliyyətini yüngülləşdirici hal hesab edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.3cü maddələri ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi olan hissədə həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında icraata xitam verilsin. Göstərilən hüququ yardıma görə cəmi 12 manat Dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qubadlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar