Məhkəmə qərarları › İş №3(028)-52/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-52/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-52/2022 28.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Nizami oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən X4, X1 iştirakları ilə Vət. Şəxs xx.xx.1989-cu ildə Qubadlı rayonu, Xanlıq kəndi anadan olmuş, ailəli, azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Qaçqın şəhərciyi, 12ci mikrorayon, ev 2, mənzil 3-də məskunlaşan (tel: 055 207 60 76, FİN:xxxxxxx) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-538/2021 saylı, xx.xx.2021-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 3400 (üç min dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X5, Qubadlı Rayon Məhkəməsinin 2(028)-172/2022 saylı, xx.xx.2022-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 198,03 manat əsas borc, 43,51 manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 241,54 manat borc və 30,40 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASCnin xeyrinə, Qubadlı Rayon Məhkəməsinin 2(028)-527/2021 saylı, xx.xx.2021-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 2500 (iki min beş yüz) manat məbləğində borc pulu və 30 (otuz) manat dövlət rüsumu tutularaq X5 və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3845/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə dövlət nəfinə tutulmalıdır. Məhkəmədə protokol tərtib edən Sumqayıt şəhəri üzrə böyük icra məmuru Toğrul Rüstəmov bildirdi ki, borcluya dair icra vərəqələri müxtəlif tarixlərdə icra idarəsinə daxil olmuş, borclu icra idarəsinə dəvət olunmuş, ona on gün könüllü icra müddəti verilmişdir. Lakin o, bugünədək heç bir ödəniş etməmişdir.Borcu ödəməməsinin səbəbi olaraq işsiz olmasını göstərir.X2 isə borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, tələbkara borcludu.Özünü təqsirli sayır. Pandemiyadan əvvəl şirkətdə işləyirdi, əmək haqqı alırdı.2020-ci ilin aprel ayından işdən çıxıb.İşsizdir.Çörək pulu alır.Fikri var ki, tələbkara çörək pulu kartını versin ki, borcundan ödənişləri etmiş olsun.Hər ay 150 manat həmin kartdan pul alır. Məhkəmədə tələbkar bildirdi ki, Şəxs ondan iki ayrı-ayrı vaxtlarda pul götürüb və geri qaytarmır.Yaranmış borcun birlikdə birdəfəlik şəkildə qaytarılmasını istəyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı, icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar