Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-58/2024 03.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qubadlı DYPB İTÜBİ-nin polis kapitanı X1, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2002-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 34, mənzil 5 məskunlaşan (tel: 055 424 96 32, FİN xxxxxxx) barəsində Qubadlı DYPB İTÜBİ -dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddələri ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 342.7-ci və 511.1.2-ci maddələri ilə xx.xx.2024-cü il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə 20:00-da sosial şəbəkə üzərində Chevrolet markalı **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında qaydaları pozaraq qərəzli şəkildə cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Sürücü Yasamal rayonu ərazisində svetoforun qırmızı işığında avtomobilin ön nömrə nişanı olmadan sərt döngə ədərək manevr qaydasını pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qubadlı DYPB İTÜBİ-nin polis kapitanı X2 bildirdi ki, baş vermiş avtoxuliqanlıq hadisəsini sosial şəbəkədən görmüşdür. Bu səbəbdən protokol tərtib etmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin bir neçə maddəsinin pozuntusu video çəkilişdən aydın görünür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisədən bir gün öncə avtomobilin bufer hissəsi qadın sürücü tərəfindən vurulmuşdur. Onu təmir elətdirdiyi üçün nömrə maşına taxılı deyildir. Evdə ailə üzvləri xəstə olduğu üçün tələsdiyindən qayda pozuntusuna yol vermişdir. Məhkəmədən yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Şəxs ifadəsinə uyğun izahat verərək ona yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarında olan AP0220428 nömrəli xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə 20:00-da sosial şəbəkə üzərində Chevrolet markalı ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında qaydaları pozaraq qərəzli şəkildə cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Sürücü Yasamal rayonu ərazisində svetoforun qırmızı işığında avtomobilin ön nömrə nişanı olmadan sərt döngə edərək manevr qaydasını pozmuşdur və avtomobilin təkərinin yolun səthindən qaldırmaqla idarə etmişdir. İş materiallarında ona CV diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobil yüksək surətlə hərəkətdə olmaqla manevr edir və avtomobil ləngər vurur, bu zaman avtomobilin təkəri yol səthindən qalxır. Şəxs bldirdi ki, görüntülərdə onun idarə etdiyi avtomobildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməlidir. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:40-dan hesablanmalıdır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Şəxs Məhkəmə zalından həbs edilsin. Qərarın icrası Qubadlı rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 2 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-58/2024
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-58/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver