Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-6/2021 08.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi Quliyeva Reyhan Cəmil qızının katibliyi Protokol tərtib edən X1 Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə vət. Şəxs – xx.xx.1985-ci ildə Qubadlı rayonu Mollu kəndində anadan olmuş, Azərbayçan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, Qubadlı rayonu Mollu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 11, mənzil 1-də məskunlaşan barəsində Sumqayıt Şəhəri Üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 08.02.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı rayon Məhkəməsinin 2(028)-255/2020 saylı 30.10.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 03.06.2020-ci il tarixdən başlayaraq tutulub 24.02.2009-cu il tarixdə doğulmuş X4, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 03.06.2020-ci il tarixdən başlayaraq tutulub 22.02.2011-ci il tarixdə doğulmuş X5 və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 03.06.2020-ci il tarixdən başlayaraq tutulub 28.02.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. Şəxs hər ay 50 (əlli) manat miqdarda maddi yardım 03.06.2020-cı il tarixdən başlayaraq 28.02.2021-ci il tarixədək tutulub Zərərçəkmiş şəxs verilməlidir.. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu icra vərəqəsi üzrə olan borcdan heç bir ödəniş aparmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, yeni işə düzəlib, maaşını fevral ayının 25-dən sonra alacaq. Maaşını alandan sonra 500 manat aliment ödəyə bilər. Hal-hazırda ödəniş etməyə imkanı yoxdur. Protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 göstərdi ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-255/2020 saylı 30.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu ödəniş etmir və hazırda borclunun 4480 manat borcu var.Tələbkar pulunu tələb edərək, şikayət edir.Hazırda da borcludan şikayət etdiyinə görə protokol tərtib olunmuşdur. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, 30 oktyabr 2020-ci il tarixdə qətnamə çıxmışdır. Qətnaməyə əsasən iyun ayından aliment tutulub ona verilməlidir. Lakin indiyə kimi borclu ona heç bir ödəniş etməmişdir. O, bütün borcların ödənilməsini tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra Məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin içrasına mane olan şəxslər qanunveriçilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəçəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti yüngünləşdirilən hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsin səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməlidir. İnzibati həbsin əvvəli 08.02.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 08 yanvar 2021-ci il tarixində izahatında göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs hər ay uç uşağa görə cəmi 510 manat və 28 fevral 2021-ci il tarixə qədər əlli manat maddi yardım ödəməliyəm. Bildirir ki, bu vaxta qədər aliment ödəməməyinin səbəbi işsizlikdir. O, hazırda heç bir ödəniş edə bilmir, lakin sosial yardım kartı tələbkardadır və artıq 9 aydır ki, hər ay onun adına olan altmış manatı öz istəyiylə tələbkar götürür. 18 yanvar 2021-ci il tarixə qədər tələbkarla razılığa gəlib icra idarəsinə yaxınlaşmağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar içra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən cəkinməyə məçbur edən içra sənədinin üzrsüz səbəbdən içra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə çərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 08.02.2021-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-6/2021
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-6/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver