Məhkəmə qərarları › İş №3(028)-61/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-61/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-61/2022 02.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Mustafayeva Aynur Akif qızının katibliyi, Protokol tərtib edən X1 iştirakı ilə vət. Şəxs – xx.xx.1962-ci ildə Qubadlı rayonu, Diləli Müskanlı kəndində anadan olmuş, ailəli, ali təhsilli, işləməyən, Qubadlı rayonu, Diləli Müskanlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə məskunlaşmış barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-603/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" İKB ASC-nin xeyrinə 1517,51 manat və 30 manat dövlət rüsumu tutulmalıdır. Borclu icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. Protokol tərtib edən şəxs X3 göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 603/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" İKB ASC-nin xeyrinə 1517,51 manat və 30 manat dövlət rüsumu tutulmalıdır.Borclu cəmi 1 dəfə ödəniş etmişdir.O, borcundan tələbkara 50 manat qaytarmışdır. Ödəniş etməməsinə səbəb olaraq xəstə olmasını və hazırda işsiz olmasını göstərir.Hazırki borcu 1478 manat təşkil edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-603/2018 saylı xx.xx.2018-ci il tarixl icra sənədinə əsasən ondan 1517,51 manat və 30 manat dövlət rüsumu tutulub "xxxx" İKB ASC-nin verilməlidir.Özü birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısıdır. Ona deyiblər ki, müharibə iştirakçılarının banklara olan 3000 manat borcları silinməlidir.O, qətnaməni üzrlü səbəbdən icra edə bilmir.Hər ayın 10-da 80 manat ödəniş edəcəyini bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər çür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(028)-61/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VlADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar