Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-62/2022 18.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Mustafayeva Aynur Akif qızının katibliyi, Qərar tərtib etmiş orqan Qubadlı rayon Prokurorluğun nümayəndəsi Qubadlı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X1 iştirakı ilə “X15” MMC-nin barəsində Qubadlı rayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarına əsasən “X15” MMC (işə götürən) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatı başlanmışdır. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatı başlanması haqqında qərara baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir.Larin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işin baxılması xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmədə qərar tərtib etmiş orqan Qubadlı rayon Prokurorluğun nümayəndəsi X6 göstərdi ki, Qubadlı RPŞ-nin İstintaq qrupunun icraatında AR CM-nin 263.2-ci maddəsi istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4, cinayət işi üzrə şahid X2, həmin iş üzrə zərərçəkmiş şəxs mərhum X3 Qubadlı rayonu ərazisində yerləşən “X15” MMC şirkətində əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb edilmələri ilə bağlı olaraq materiallara rayon prokurorluğunda baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4, X2 və X3 ümumilikdə 3 nəfər işçi Qubadlı rayonu ərazisində kənd təsərrüfatı işlərini həyata keçirən “X15” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin (xidmətlərin) görülməsinə cəlb edilmişlər. 06-C-22 nömrəli material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-cimaddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “X15” MMC (işə götürən) barəsində isə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Materiala əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X8nin xx.xx.2022-ci il tarixli 117-xid- 22 nömrəli sorğuya cavab olaraq təqdim etdikləri xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubda qeyd olunmuşdur ki, Qurbanov Elnur və digər 2 işçinin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, “X15” MMC (işə götürən) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4, X2 və X9 olmaqla ümumilikdə 3 nəfər işçini hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərədə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.Qeyd olunanlara əsasən, “X15” MMC (işə götürən) barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15” MMC barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. “X15” MMC qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir.Məhkəmə “X15” MMC-nın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə teleqram ünvanlamışdır. Məhkəmədə şahid X4 göstərdi ki, Vüsal Həşimov ona zəng edərək Qubadlı rayonunda işin olduğunu bildirmiş və ora getməyi təklif etmişdir. O da razılıq verərək təxminən cari ilin 3 mart tarixində öz traktoru ilə Qubadlı rayonuna getmişdir. Həmin ərazidə “X15” MMC -yə məxsus yaşayış vaqonları var idi və o, onunla gələn kəndliləri ilə həmin vaqonlardan birində qalırdılar.Həmin ərazidə olan lövhədən işlədiyi şirkətin adının “X15” MMC olduğunu bilmişdir. Hər gün şirkətin nümayəndələri işlə bağlı onlara göstəriş verirdilər.Həmin şəxslər türklər olmuşdurlar. Onların göstərişləri ilə azot gübrələrini traktorları ilə daşıyırdılar. O, “X15” MMC şirkətində əmək müqaviləsi bağlamadan traktorçu kimi işləmişdir. Əmək müqaviləsi olmadığına görə tibbi sığorta da etməmişdir. Məhkəmə qərarı tərtib etmiş şəxsin nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, “X15” MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan 117-xid-22 №-li, xx.xx.2022-ci il tarixli Qubadlı rayon Prokurorluğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, Qubadlı rayon Prokurorluğunda aparılan araşdırma zərurət ilə əlaqədar olaraq X5, X2 və X3 əmək müqaviləsinə əsasən, X8 Xidmətində “X15” MMC şirkəti tərəfindən qeydiyyatdan keçirib-keçirilməmələri barədə məlumat verilməsinə, müsbət halda onların elektron informasiya sistemində olan əmək müqaviləsi bildiriş (lərinin) rayon prokurorluğuna göndərilməsinin təmin edilməsinə dair göstəriş verməkləri xahiş olunur. İş materiallarında olan **********8 №-li,xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən Qubadlı rayon Prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, məktubda qeyd olunan şəxslərin adına “X15” MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-ci il tarixli,795 nömrəli fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki,həmin Məcəllənin 191.2-ci,192.1-192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199-203-cü, 205-1.1-ci,469.2-ci,477-ci,477-1.1.2-ci,477-1.1.4-cü,477-1.1.5-ci,477-1.2ci,539,540.1,540.2,540.3,540.4,556 və 576 maddələrində nəzərdə tutulmuş inzibari xətalar haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən,əmək müqaviləsi (kontraktı)–işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cü maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X15” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5, X2 və X9 cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. “X15” MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Qubadlı rayon Prokurorluğu “X15” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətlməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “X15” MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterinin nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “X15” MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18,31.3,54, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 1057-ci məhəllə, ev 78 olan “X15” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VlADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-62/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-62/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver