Məhkəmə qərarları › İş №3(028)-68/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-68/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-68/2022 29.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Protokol tərtib edən X4 X1 iştirakları ilə vət. Şəxs – xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 27, mənzil 18-də yaşayan, tel:***-***-**- ** barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-581/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs uşaqların saxlanılması üçün X3 hər ay ümumilikdə 350 (üç yüz əlli) manat aliment ödəməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Buna səbəb borclunun Qubadlı Rayon Məhkəməsinin 2(028)-581/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən aylıq alimenti tam ödəməməsi və hazırda 3650 manat borcunun yığılmasıdır. Məhkəmədə protokol tərtib edən X6 bildirdi ki, borclu Şəxs tələbkar X3 3650 manat aliment borcu vardır.Borclu aliment borcu barədə dəfələrlə xəbərdarlıq edilib.Dediyinə görrə borcunu ödəməyə tam gücü çatmır.Bugünə qədər borclu 650 manat pul ödəniş etmişdir. Tələbkarsa bununla razı deyil.Borcun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, əslində o, 650 manat deyil, 1000 manat pul ödəniş etmişdir. Hal-hazırda 200 (iki yüz) manat ödəməyə hazırdır. Gələn həftə də bankdan kredit götürüb 1500 (min beş yüz) manat və sonrakı aylarda hər ay 500 manat ödəyəcək. Telefonu sındığına görə aliment kartına pul köçürməsi edə bilməmişdir.Borcu ona görə yaranmışdır. Bu səbəbdən barəsində olan inzibati xata haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə tələbkar bildirdi ki, Şəxs ona uşaqların saxlanmasına görə 3650 manat aliment borcu var. O, borcun tam ödənilməsini tələb edir. Əks halda borclunun həbs edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı, icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (manat) ) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar