Məhkəmə qərarları › İş №3(028)-70/2023

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-70/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-70/2023 17.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1983-cü ildə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonunda qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 43, mənzil 39-da məskunlaşan (tel: 099 509 39 39, FİN xxxxxxx) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(28)-06/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay uşağa görə 80 manat pul miqdarında aliment alınaraq X3 xeyrinə tutulmalıdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X4 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(28)-06/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən borclu hər ay 80 manat alimenti tələbkara ödəməlidir.Lakin o, borcu üzrsüz səbəbdən ödəmir.Hazırda borcun məbləği 12720 manat təşkil edir.Borclu uşağını görmədiyini səbəb gətirərək borcu ödəmir.Tələbkar isə borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə tələbkar X6 bildirdi ki, borclunun aliment borcu 2010-cu ildən bəri yaranıb.Alimentdən imtina etməyib.Şəxs ata olaraq uşaqla maraqlanmayıb.Artıq oğlu yuxarı sinif şagirdidir və yüksək səviyyədə təhsil alması üçün maddi ehtiyacı var.O, borcludan ata olaraq illər sonra məsuliyyətinin yerinə yetirilməsini tələb edir.Aliment borcunun tam qaytarılmasını istəyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, alimentə görə borcu olduğunu bilir.Lakin illər boyu qarşı tərəfin ona qarşı heç bir tələb irəli sürməməsi onda rahatlıq yaradıb.Gülər Rüstəmzadənin uşağı ona göstərmədiyinə görə də könüllü olaraq aliment ödənişi etməyib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra Məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti yüngünləşdirilən hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsin səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməlidir.İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar