Məhkəmə qərarları › İş №3(028)-70/2025

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-70/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-70/2025 17.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati xəta haqqında protokol üzrə inzibati cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X2 barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, X1 inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. İş materiallarında olan EQ22811475 saylı xx.xx.2024-cü il tarixli İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Bakı şəhəri Nəcəfbəy Vəzirov 10-da xx.xx.2024-cü il tarixdə saat 14:52 radələrində “BMW 330İ” minik markalı, **-JS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi X2 dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Göstərilən hal inzibati xəta haqqında protokol və işin digər materialları ilə də sübut olundu. Bununla da X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, X2 həmin maddə ilə inzibati qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib qiymət verərək hesab edir ki, X1 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu və 529-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar