Məhkəmə qərarları › İş №3(028)-72/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-72/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-72/2022 13.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov sədrliyi Mustafayeva Aynurə Akif qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qubadlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş İXP4801538 saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarındakı məlumatlardan görünür ki, Şəxs İXP4594365 nömrəli inzibati tənbeh vermə haqqında qərarın inzibati cəriməsini ödədiyi üçün onun barəsində tərtib edilmiş İXP4801538 nömrəli inzibati protokola xitam verilməsi xahiş edilir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, material öyrənilərkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhərində qeydiyyatdadır, onun yaşayış yeri də Sumqayıt şəhəridir. O, təqsirləndirildiyi inzibati xəta hərəkətini də məhz Sumqayıt şəhəri Yeni Bulvar ərazisində törətmişdir. Məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olduğundan aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(028)-72/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar