Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-76/2022 23.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi Mustafayeva Aynur Akif qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında elektron qərar tərtib olunan X4 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İ Tağım Baş yol patrul xidməti inspektoru X2 TP ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 TP ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə X8 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində ona məxsus olan “Hyundai Sonata minik” markalı, **-OX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən heç bir qanun pozuntusu etməməsinə baxmayaraq, İ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X1 postu adlanan YPX postunda onu saxlamış və onu əsassız olaraq nəqliyyat vasitəsini idarə edərkən telefonla danışmaqda ittiham etmişdi.O, telefonu polisə göstərərək zəng siyahısında son danışığının ən azı 20 dəqiqə əvvəl olduğunu və avtomobili idarə edərkən telefonla danışmadığını,ümumiyyətlə telefondan istifadə etmədiyini bildirmişdir.Lakin YPX əməkdaşı V.Ələkbərov onu dinləməmiş və barəsində İXP ******* nömrəli protokol tərtib etmişdi.O, protokola etiraz etdikdə protokolun surətini ona təqdim etməyərək əlində əzib yerə atmışdı. Həmçinin sonradan ona sms bildiriş gələndə müəyyən etmişdir ki, həmin YPX əməkdaşı etirazı olmasına baxmayaraq onun iştirakı olmadan və inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozulmaqla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) 50 manat cərimə tətbiq edilməsinə dair TP ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası DİN DYP İ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 TP ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı əsassızdır və ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəfindən hər hansı inzibati xəta törədilməmişdir.Həmin tarixdə avtomobil idarə edərkən telefondan istifadə etməmiş və ya telefonla danışmamışdır. Yəni faktiki olaraq tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir və inzibati xəta hadisəsi olmamışdır. Bütün bu hallar nəzərə alınmadığından barəsində cərimə tətbiq olunmasına dair inzibati xəta haqqında iş üzrə qərarı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 53-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0. 1. inzibati xəta hadisəsi olmadıqda; 53.0. 2. inzibati xəta tərkibi olmadıqda; Saxlanılan zaman polis əməkdaşları ona protokolu və ya hər hansı digər sənədi təqdim etməmiş, baş vermiş faktın inzibati xəta olması, onun təqsirinin olub-olmaması araşdırılmamış, protokola etiraz etməsinə baxmayaraq onun inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, hüquqlarının müdafiəsi üçün ona zəruri şərait yaradılmamış və barəsində xəbəri olmadan inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olması, şəxsin inzibati xəta törətməkdə təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar olaraq müəyyən edilmişdir. Bundan əlavə inzibati xətalar haqqında qanunvericiliyin təqsirsizlik prezumpsiyası (AR İXM: 8-ci maddə), icraatın iştirakçılarının işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi (AR İXM: 60-cı maddə), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahatın alınması (AR İXM: 61-ci və 78-ci maddə), sənədlərin sübut qismində araşdırılması (AR İXM: 80-ci maddə), sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi (AR İXM: 84-cü maddə), inzibati xəta haqqında işə baxılma qaydası (AR İXM: 112-ci maddə) və qərarın çıxarılması qaydasına (AR İXM: 114-cü maddə) dair tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokolda və qərarda onun adı, soyadı, doğum tarixi, doğum yeri və şəxsiyyət vəsiqəsi məlumatları tamamilə yanlış qeyd edilmişdir. Hesab edir ki, şəxsiyyətini xarakterizə edən məlumatların həm protokolda, həm də qərarda qüsurlu şəkildə qeyd edilməsi həmin sənədlərin etibarlılığını şübhə altına alır. Göstərilənlərə əsasən hesab edir ki, onun hər hansı təqsiri olmadığından, inzibati xəta hadisəsi olmadığından və ümumiyyətlə inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İXM-nin maddi və prosessual normalarının pozuntularına yol verilməklə aparıldığından inzibati xəta haqqında iş üzrə qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə elektron qərarı tərtib edən Azərbaycan Respublikası DİN X10 məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir.Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunan X5 dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında İXP4880388 saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.1999-cu ildə Naxçıvan MR-də anadan olmuş Sumqayıt şəhəri, Yaşma bağları, məhəllə 3-də yaşayan, Hyundai Sonata minik markalı, 99OX094 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X9 (FİN- 6JCCNAJ) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Şikayətə əlavə edilmiş İ Tağım baş Patrul Xidməti İnspektoru Polis baş leytenantı X2 İXP4880388 saylı xx.xx.2022-ci il tarixli protokol əsasında tərtib etdiyi xx.xx.2022-ci il tarixli TP5246651 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:12-də Bakı-Quba yolu 23-də Sumqayıt şəhəri, Yaşma bağları, məhəllə 3-də qeydiyyatda olan, Hyundai Sonata minik markalı, 99OX094 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, xx.xx.1999-cu ildə anadan olan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 50 manat cərimə tətbiq edilmişdir. Şikayətçinin ərizəyə əlavə etdiyi AZE17123879 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 xx.xx.1990-cı ildə Qubadlı rayonunda anadan olmuş və Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə görə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əməl edilməli olduğu halda, İ Tağım baş Patrul Xidməti İnspektoru Polis baş leytenantı X3 tərəfindən İXP4880388 nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında tərtib edilmiş protokolda və həmin protokol əsasında tərtib edilmiş TP5246651 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarda Məcəllənin qaydalarına riayət olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer;protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 TP5246651 nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-76/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-76/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver