Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-84/2023 14.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Qubadlı rayon polis kapitanı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci, 332.1-ci maddələri ilə inzibati xəta haqqında İXP5638551 №li protokol tərtib olunmuşdur ona görə ki, Ford transit minik markalı 99HT526 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1984-cü ildə Sabirabad rayonunda doğulmuş Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:19 radələrində Qubadlı rayonu Xanlıq kənd yolu 11-ci km YNH istiqamətində əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə 327.8-ci Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrdə nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi, 332.1-ci nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi hallarına yol vermişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İş üzrə tərəflər qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası İXM-in 112-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP5638551 saylı İnzbati xəta haqqında protokoldan görünür ki, Ford transit minik markalı 99HT526 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1984-cü ildə Sabirabad rayonunda doğulmuş Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:19 radələrində Qubadlı rayonu Xanlıq kənd yolu 11ci km YNH istiqamətində əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə 327.8-ci Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrdə nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi, 332.1-ci nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi hallarına yol vermişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qubadlı RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qərarından görünür ki, iş üzrə araşdırma zamanı sürücü Şəxs izahatında göstərmişdir ki, o, Laçın rayonu, Zabux kəndində “Xan İnşaat" şirkətində ustalıqla məşğul olur. xx.xx.2023-cü il tarixdə Qubadlı rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı bildirmişdir ki, Laçın rayonu ərazisində ustalıqla məşğul olduğundan orada yeznəsi X6 məxsus olan “Ford Transit” markalı, **-HT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edir. Sözügedən avtomaşını idarə etməyi üçün nəzərdə tutulan etibarnamənin vaxtı may ayında bitmişdir. Laçın rayonunda olduğuna görə etibarnamənin vaxtını yenisi ilə əvəz edə bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə avtomaşının saz vəziyyətə salınması üçün, həm də etibarnamənin vaxtını yeniləmək üçün yola çıxmışdır. Buna görə də Laçın rayonu, Zamux kəndi ərazisində fəaliyyət göstərən “Xan İnşaat" şirkətinin rəhbərindən icazə almışdır. İş yoldaşları X7 və X11 da onunla birlikdə idarə etdiyi “Ford Transit” markalı, **-HT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Füzuli rayonu istiqamətində yola çıxmışdır. O, izahatında qeyd etmişdir ki, Qubadlı rayonu ərazisindən keçərkən güclü yağış yağırdı və idarə etdiyi avtomaşınla Qubadlı rayonu ərazisindən keçən Xudafərin-Laçın avtomagistral yolunun 11-ci kilometrliyində güclü yağışa düşmüşdür. Həmin vaxt o qədər güclü yağış yağırdı ki, avtomaşının şüşə silənləri belə çətinlik çəkirdi. Daha sonra idarə etdiyi avtomaşınla hərəkətdə olarkən qarşısına xəbərdarlıq üçün nəzərdə tutulmuş yol nişanları çıxmış və həmin nişanları gec görmüş və dərhal əyləc sistemini sıxaraq avtomaşını sola döndərmişdir. Birdə ayılmışdır ki, avtomaşın yolun soluna aşmış və özünü yaxşı hiss etmir. Bildirmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı yanında sərnişin qismində əyləşən X8 və X11 müxtəlif bədən xəsarətləri almışdır. Baş vermiş hadisə zamanı özü də xəsarət almış, lakin özünü yaxşı hiss edir, bu səbəbdən də məhkəmə-tibbi ekspertizasından keçməkdən könüllü olaraq imtina edir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Həmçinin Nuriyev X9 RPŞ-nə müraciət edərək baş vermiş yol- nəqliyyat hadisəsi zamanı xəsarət almasına baxmayaraq səhhəti ilə bağlı heç bir şikayəti olmadığından məhkəmə-tibbi ekspertizasından keçməkdən könüllü olaraq imtina etdiyini bildirmişdir. Araşdırma zamanı X7 izahatında göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 10:19 radələrində Qubadlı rayonu, Xanlıq kəndi ərazisindən keçən Xudafərin- Laçın avtomagistral yolunun 11-ci kilometrliyində iş yoldaşı Şəxs “Ford Transit” markalı, **-HT- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində yolun sol kənarına aşmışdır. Mövcud hadisə zamanı sözügedən avtomaşında sərnişin qismində olduğuna görə müxtəlif bədən xəsarətləri almışdır. Araşdırma zamanı X11 izahatında göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 10:19 radələrində Qubadlı rayonu, Xanlıq kəndi ərazisindən keçən Xudafərin- Laçın avtomagistral yolunun 11-ci kilometrliyində iş yoldaşı Şəxs “Ford Transit” markalı, **-HT- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində yolun sol kənarına aşmışdır. Mövcud hadisə zamanı sözügedən avtomaşında sərnişin qismində olduğuna görə müxtəlif bədən xəsarətləri almışdır. Gəncə şəhər MTE və PA Birliyinin 08 avqust 2023-cü il tarixli, 745 nömrəli tibbi rəyindən görünür ki, X2 alın nahiyəsinin əzilmiş yarası, sağ göz nahiyəsinin qançırı və sağ gözün ağlı qişasına qansızma - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixinə uyğun gəlir və sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Abşeron rayon MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 43 TS nömrəli rəyindən görünür ki, X3 burnun, sağ dirsək nahiyəsinin səthi sıyrıntısı - KÜT əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Qubadlı RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X1 icraatında olan HK-1/79 saylı cinayət işinin istintaq materialları üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib, xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəçəsinə, əmlak vəziyyətinə, məsuliyyəti yüngülləşdirən hallara qiymət verərək hesab edir ki, Şəxs həmin maddə ilə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,106, 109, 114.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-84/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-84/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver