Məhkəmə qərarları › İş №3(028)-87/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-87/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-87/2023 15.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Qubadlı Rayon Məhkəməsinin hakimi Vladimir Ruvinov Yefimoviç, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, sürücü “Opel” markalı **-UB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini hərəkətdə olarkən maqnitofona uca səslə xod verdiyi üçün saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü spirtli içki qəbul etmişdir. Qubadlı rayonu Bölmə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü tarixdə baxılması üçün icraatıma verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 103.2 maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Qubadlı rayonu Bölmə rəisi polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol dərhal deyil, xx.xx.2023-cü il tarixində hakimə göndərilmişdir. Bu isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan maddənin göstərişlərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və X1 Xətalar Məçəlləsinin 103-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar