Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-9/2023 15.03.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsinin iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tərtib olunmuş MN ******* saylı xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialının işçisi X1 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisəsinin təhqiqatı aparılmışdır.Nəticədə müəssisənin briqadiri Şəxs barəsində yol verilmiş nöqsanla əlaqədar Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatı başlanması haqqında protokola baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılması xx.xx.2023-ci il tarixə təxirə salınmışdır. Məhkəmədə protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi göstərdi ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialının işçisi X1 xx.xx.2022-ci ildə xəsarət alması ilə bağlı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs tərəfindən bu qayda pozuntusuna görə ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə vəsatətlə müraciət edərək, dövlət əhəmiyyətli yolların çəkilişi üçün Qubadlıda işləməyini və kənara çıxmaqda çətinliyini diqqətə alaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsini, barəsində protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan MN1497921 saylı xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filial briqadiri Şəxs barəsində müəyyən edildi ki, şirkətin işçisi X1 xx.xx.2022-ci ildə xəsarət alması ilə bağlı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs tərəfindən bu qayda pozuntusuna görə ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Bu fakt toplanmış təhqiqat materiallarına görə və zərərçəkmişin izahatı ilə təstiq edilir. Protokol tərtibi zamanı Şəxs iştirak etməmişdi və izahatı təqdim olunmamışdır. İş materiallarında olan “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının dəmirçi ustası X1 xx.xx.2022-ci il tarixdə saat 09:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, bədbəxt hadisə xx.xx.2022-ci il tarixdə saat 08:00-da Qubadlı rayonunun (Xanlıq) kəndi Xudafərin-Qubadlı-Laçın layihəsinin 09 km-də Filiala məxsus istehsalat sahəsində zərərçəkəninin (X3) dəmir əymə-bükmə dəzgahı işlək vəziyyətdə ola-ola əyilmiş hazır məhsulu götürmək istəyərkən sağ əlinin 3 barmağının dəzgahın köşəbəndi ilə dəmir çubuq arasında qalması nəticəsində baş vermişdir. Filial tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli №115-A nömrəli məktubda B 36 markalı (afacan 2019) dəmir bükmə dəzgahının texniki pasportu olmadığı, ayda bir dəfə dəzgahın işlək vəziyyətdə olması üçün müvafiq yoxlama aparıldığı qeyd edilmişdir. Bədbəxt hadisənin səbəbləri kimi müəyyən edilmişdir: 4.1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənin vəzifələri) maddəsinin 2-ci abzasının (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini) tələblərinə riayət olunmaması. 4.2 “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təstiq edilmiş “Qəlibçilər və dəmirçilərin texniki təhlükəsizlik üzrə təlimatı”nın 12-ci bəndinin (istər qəlibçi ustaları, istərsə də dəmirçilər iş zamanı özünü və başqasını təhlükəli vəziyyətə salmamalıdır) tələblərinə riayət olunmaması. 4.3 “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təstiq edilmiş “Briqadir (briqadir köməkçisinin) vəzifə təlimatı”nın “Vəzifə borcları” bölməsinin 2.7-ci bəndinin (briqadir (briqadir köməkçisi) nəzarət etməlidir) birinci yarımbəndinin (sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına) tələblərinə riayət olunmaması. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının müdiri Polat Aydının cavabdehliyini, 4.2-ci bəndinə əsasən Filialən dəmirçi ustası X1 cavabdehliyini, 4.3-cü bəndinə əsasən Filialın Dəmirçi bölməsində dəstə rəhbəri Şəxs cavabdehliyini müəyyən etmişdir. X1 xəsarət alması nəticələnmiş hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazrilər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təstiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialınında uçota alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən - İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələrdə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 6-2 nömrəli “16” fevral 1999-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.) göstərilir ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əməyin mühafizəsi xidmətinə aşağıdakı funksiyalar həvalə edilməlidir: 3.1.İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi; 3.2.İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi; 3.3.Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək; 3.20.əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə;fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə;istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında Əsasnaməyə əməl edilməsinə;kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin əməyin mühafizəsi, bədbəxt hadisə əmələ gətirən səbəblərin aradan qaldırılması üzrə tədbirlərin, dövlət nəzarət orqanları tərəfindən verilmiş göstərişlərin, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə digər tədbirlərin yerinə yetirilməsinə; əməyin mühafizəsi üzrə təlimatların hazırlanması vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların mövcudluğuna və vaxtında onlara yenidən baxılmasına; təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə; avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə;ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinə; qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə; əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsinə; xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə; əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitin muəssisə tərəfindən düzgün xərclənməsinə və s. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: -əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; -binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; -bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; -işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; -normal əmək və istirahət rejiminə riayət edilməsini; -işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; -kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. Qubadlı Rayon Prokurorluğunun Şəxs vəsatəti əsasında tərtib edilmiş məhkəmənin sorğusuna cavab olaraq Qubadlı Rayon Məhkəməsinə ünvanladıqları xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış 04C-22 saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilmişdir. Baş vermiş hadisə cinayət tərkibi deyil, inzibati xəta tərkibi yaratdığına görə Şəxs barəsində inzibati iş açılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterinin nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18,31.3,54, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx xxxxxx 1984-cü il tarixdə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş Sabirabad rayonu, Minbaşi ərazi dairəsi, Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-9/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-9/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver