Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-93/2022 04.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Protokol tərtib edən X1 iştirakı ilə vət. Şəxs – xx.xx.1998-ci ildə Qobustan rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 11-ci mikrorayon, Yaşıl dərə yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-179/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cinayət nəticəsində vurduğu maddi ziyana görə 8549 (səkkiz min beş yüz qırx doqquz) manat, mənəvi ziyana görə 1000 (bir min) manat, ümumilikdə 9549 (doqquz min beş yüz qırx doqquz) manat tutularaq X2 ödənməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Buna səbəb borclunun Qubadlı Rayon Məhkəməsinin 2(028)-179/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən maddi ziyana görə 9549 manat pulu tam ödəməməsidir. Məhkəmədə protokol tərtib edən X3 bildirdi ki, borclu Şəxs tələbkar X2 9549 manat borcu vardır.Məhkəmənin icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Vətəndaş xx.xx.2022-ci il tarixdə qərar və bildirişlə tanış olmuşdur.xx.xx.2022-ci il tarixdə izahatı alınmışdır.İzahatında borcu tam deyil, hissə-hissə - hər ay 200 manat verərək ödəyə biləcəyini bildirmişdir.Hələki tələbkara heç bir ödəniş etməyibdir. Tələbkarsa borcun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, əslində o, icra idarəsinə çağrılan zaman borcun olmasından xəbərdar olub.Qətnaməni məhkəmədən yeni alıb. Hələ Yasamal Rayon Məhkəməsində proses gedən zaman dəyən ziyanı tələbkara hissə-hissə ödəməsini bildirmişdir. Lakin tələbkar bu təklifə razı olmamışdır.Borc da bu səbəbdən yaranmışdır.Borcu ödəməkdən qaçmır.Buna görə barəsində olan inzibati xata haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, üzrlü səbəbdən icra etmir.O, icraçı tərəfindən icra sənədi ilə yeni tanış edilmiş və bundan sonra məhkəmədən qətnaməni almışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-93/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-93/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-93/2022
04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver