Məhkəmə qərarları › İş №3(028)-97/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-97/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-97/2022 16.11.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən X2, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vəkili X4 iştirakları ilə vət. Şəxs – xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, məhkum olunmayan, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, Sumqayıt şəhəri, 12-ci mk-on, ev 27, mənzil 43 qeydiyyatda olan və yaşayan barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-210/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs apelyasiya şikayəti təmin olunmayaraq Qubadlı Rayon Məhkəməsinin 2(028)-97/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi aliment hissədə dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs uşaq anasının himayəsinə verildiyi tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat alimentin tutularaq Orucova (Rufullayeva) Yeganə Aydın qızına verilməsi, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 anası Orucova (Rufullayeva) Yeganə Aydın qızının yanında qalması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Buna səbəb borcludan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-210/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən uşağın anasına verilməsi tələb olunsa da, uşağın istəməməsinə görə qərarın icra edilməməsidir. Məhkəmədə protokol tərtib edən X6 bildirdi ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icra idarəsinə daxil olmuşdur.Tərəflərə bu barədə məlumat verilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-210/2022 saylı xx.xx.2022 tarixli icra sənədinə əsasən uşağın anasına verilməsi tələb olunsa da, uşağın istəyi olmadığına görə qətnamə icra oluna bilmir.Tələbkar ana uşağını istəyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili bildirdi ki, qətnamədə uşağın ananın himayəsində qalması nəzərdə tutulur.Orada uşağın atadan alınıb anaya verilməsi göstərilməmişdir.Yuxarı instansiya məhkəmələrində də qətnamənin həmin hissəsi dəyişdirilməmişdir.Ata uşağı anaya verməyə etiraz etmir.Uşaq anaya verilməsi üçün dəfələrlə icra şöbəsinə aparılmış, lakin o, anasına getmək istəməmişdir.Hal-hazırda da məhkəmədə uşaq anasına getməməsini bildirmişdi.Hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsinin pozulması halı mövcud deyildir. Məhkəmədə tələbkar X7 bildirdi ki, aliment marağında deyil.Uşağının ona verilməsini istəyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilini, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmədə müəyyən edildi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 97/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən xx.xx.2014-cü il tarixdə doğulmuş X5 anası Orucova (Rufullayeva) Yeganə Aydın qızının yanında qalması hissəsində dəyişdirilməmiş və hal-hazıradək icra olunmamışdır. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (manat) ) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar