Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-98/2023 23.11.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati xəta haqqında protokol üzrə inzibati cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir.Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli İXP5819123 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs bildirdi ki, inzibati cərimələrindən məlumatı var, lakin hazırda cəmlənmiş cərimə məbləğlərini birdəfəlik qaydada ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-in 112-ci maddəsinə əsasən məhkəmə iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ16246535 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt Koroğlu pr. istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ15840921 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt, məhəllə 19 istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 08:17 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ15415006 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt, məhəllə 19 istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 08:03 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ14893384 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt, Koroğlu pr. istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 09:24 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ14511918 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt, məhəllə 19 istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 21:55 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ13636018 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt, Koroğlu pr. istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 13:04 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ12671315 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Zığ yolu 8 km Akkordun qarşısı Airport istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 00:14 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ12942895 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Bakı, 20 Yanvar istiqamətdə xx.xx.2023-cü il tarixdə saat 14:23 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini dayanma qaydalarını pozmaqla idarə etmiş və ona 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ12667388 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, K.Kazımzadə küçəsi zooparkın qarşısında xx.xx.2023-cü il tarixdə saat 16:12 radələrində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini dayanma qaydalarını pozmaqla idarə etmiş və ona 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli EQ12674250 saylı İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:43-də Xətai rayonu 8 Noyabr prospekti Nargilə kafesi Zığ yolu 2 istiqamətində BMW 745 minik markalı, 10VT117 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Şəxs nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət surətini 12 km/saat həddində aşmaqla idarə etmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli İXP5819123 saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Göstərilən hal inzibati xəta haqqında protokol və işin digər materialları ilə də sübut olundu. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə inzibati qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib qiymət verərək hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu və 529-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-98/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-98/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver