Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-1/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin direktoru X1 iştirakları ilə Hüquqi şəxs Şəxs-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən ünvan 1i ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kateqoriyalı 1,5 ha torpaq sahəsində istirahət kompleksinin tikintisi nəticəsində torpaqlardan məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi aşkarlanmışdır. Həmin faktla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin məsləhətçisi, müfəttiş X3 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin 3(029)-319/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli 3(105)-412/2020 saylı qərarı ilə Qusar rayon məhkəməsinin 3(029)-319/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Xaçmaz Ərazi Şöbəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və hüquqi şəxs Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin direktoru X5 izahat verərək göstərmişdir ki, Şəxs 3 ildir fəaliyyət göstərir. ünvan 1i ərazisindən istirahət kompleksinin tikilməsi məqsədi ilə 1.5 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla xx xxxx 2017-ci il tarixli Seriya RX1083623 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, Şəxs tərəfindən torpaq sahəsinin məqsədli təyinatına uyğun istifadə edilməsi üçün Qusar rayon İcra Hakimiyətinə müraciət edilmişdir. “Pro Technical” Consulting Ltd. tərəfindən ünvan 1i ərazisində Şəxs-nə məxsus torpaq sahəsində tikilməsi nəzərdə tutulan istirahət kompleksinin eskiz layihəsi hazırlanmış və həmin layihə əsasında həmin ərazidə 2019-cu ilin sonundan başlayaraq tikinti işləri aparılmışdır. Hal-hazırda tikinti tamamlanmamış, torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadə olunmur. Bundan başqa, tikinti işləri ilə əlaqədar bütün aidiyyəti qurumlara müraciət olunmuş və heç bir qurum tərəfindən tikintiyə etiraz olunmamışdır. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Xaçmaz Ərazi Şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız tərtib olunduğundan, əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Xaçmaz Ərazi Şöbəsinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin direktoru X1 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, hüquqi şəxs Şəxs-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Xaçmaz Ərazi Şöbəsinin xx xxxx 2020-ci il tarixli Aktından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən ünvan 1i ünvanında mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, sahibkarlıq məqsədilə 1,5 ha torpaq sahəsində müxtəlif binaların tikintisi faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində təsbit edilmiş inzibati xətaya yol vermişdir. İş materiallarında olan Seriya RX1083623 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində 1.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Şəxs-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 xx xxxx 2019-cu il tarixli **********31 saylı məktubunun surətindən görünür ki, ünvan 1ində yerləşən Şəxs-nin mülkiyyətinə aid olan 1.50 ha torpaq sahəsinə dair verilmiş **********66 reyestr nömrəli, RX ******* seriya nömrəli çıxarışda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, məlumat bazasında isə məqsədli istifadə növü sahibkarlıq kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və X10 Muxtar Babayev tərəfindən Şəxs-nin direktoru Hümbət Səfərova ünvanlanmış xx.xx.2020-ci il tarixli 4/2394-01-22 saylı məktubun surətindən görünür ki, həmin nazirlik ünvan 1i ərazisində Şəxs-nin xüsusi mülkiyyətində olan 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təbii şəraitinə görə rekreasiya potensialına malik ərazidə yerləşməsini və torpaq sahəsində istirahət və turizm obyektlərinin tikintisinin rayonun turizm infrastrukturunun inkişaf etdirilməsinə imkan verəcəyini nəzərə alaraq həmin 1,5 torpaq sahəsinin qeyd olunmuş məqsədlə təyinatının və kateqoriyasının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd X8 Kərimov tərəfindən Şəxs” MMC-nin direktoru Hümbət Səfərova ünvanlanmış xx.xx.2020-ci il tarixli 01/16-08- 101-3121 saylı məktubun surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən, Şəxs-nə məxsus 1.5 ha torpaq sahəsinin təyinatının və kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsinə həmin nazirlik etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 22/2534 saylı məktubun surətindən görünür ki, həmin agentlik rekreasiya potensiallı ərazidə yerləşən 1,5 ha torpaq sahəsində turizm təyinatlı obyektlərin tikintisinin rayonun turizm infrastrukturunun inkişaf etdirilməsinə imkan verəcəyini, həmin məqsədlə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq sözügedən 1,5 ha torpaq sahəsinin qeyd olunmuş məqsədlə istifadəsinə sanitar-ekoloji tələblərə riayət edilməsi, həmçinin yaşıllıqların mühafizəsinin təmin edilməsi şərtilə etiraz etmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən özünün mülkiyyətində olan, ünvan 1ində yerləşən, təbii şəraitinə görə rekreasiya potensialına malik olan 1,5 ha torpaq sahəsini alarkən orada özünün turizmin inkişafına yönəlmiş fəaliyyətinə uyğun obyektlərin tikilməsi məqsədi ilə satın almış, məlum tikilini inşa etdirməmişdən əvvəl tikinti obyektinin layihəsi hazırlanmış, tikintiyə icazə alınmış və hətta aidiyyəti qurumlar tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə müsbət münasibət bildirilmişdir. Hal-hazırda həmin torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadə olunmur, tikililər yarımçıqdır. Bundan başqa, həmin torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı olsa da, daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında məqsədli istifadə növü sahibkarlıq kimi qeyd edilmişdir. Şəxs isə həmin torpaq sahəsini məhz sahibkarlıq məqsədi ilə istifadə etmək üçün almışdır. Odur ki, həmin hüquqi şəxs tərəfindən özünün torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti obyektinin inşa edilməyə başlanması torpaq sahəsinin məqsədli təyinatının və istifadəsinin pozulması kimi qiymətləndirilməməlidir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin ona istinad olunan həmin xətanı törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr hüquqi şəxs Şəxs-nin xeyrinə həll edilməli, həmin hüquqi şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hüququ şəxs Şəxs-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-1/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-1/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver