Məhkəmə qərarları › İş №3(029)-1/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-1/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-1/2023 09.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.2002-ci ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Hil kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-da fəhlə işləyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Ford Tranzit” markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri Ə.Səfixanov küçəsi ilə A.Xammətov küçəsinin kəsişməsində hərəkətdə olarkən yol ayrıcını keçmə qaydasını pozmuş və nəticədə əsas yolda hərəkətdə olan KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq sərnişin Zərərçəkmiş şəxs “yüngül” bədən xəsarəti yetirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Qusar şəhəri Ə.Səfixanov küçəsi ilə A.Xammətov küçəsinin kəsişməsin də, onun diqqətsizliyi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində digər avtomaşında olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş maddi zərəri tam şəkildə ödəmiş, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirli bilindiyi təqdirdə maddi imkanı olmadığı üçün nəqliyyat vasitəsinin idarə hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək həqiqətən də həmin tarixdə, yol nəqliyyat hadisəsi zamanı ona yüngül bədən xəsarəti yetirilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi zərərin tam ödədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 976 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və rentgenoloji müayinə cavabı və raport-arayışdakı məlumatlar əsasında belə nəticəyə gəlmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- sifətində sağda hematoma-şişkinlik, sol üst gözün üst göz qapağında qançır küt əşyanın (əşyaların) təsirindən törətməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüqununun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, onun özünün məhkəmə iclasında verdiyi izahatında onun hal- hazırda maddi imkanı zəif olduğu üçün cərimə növündə inzibati tənbehin tətbiq edəcəyi halda ödəyə bilməyəcəyini, həmçinin şəxsin barəsində nəqliyyat vasitələrini idarə etmək hüqununun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməyəcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, qənaətimə görə barəsində cərimə tətbiq ediləcəyi halda, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni inzibati xətaların törədilməsi, bununla da yol hərəkəti qaydalarının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması halları daha da arta bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar