Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-1/2024 08.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X2 Quba Rayon Polis Şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında EQ 17974464 nömrəli qərarından verdiyi şikayəti nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət edərək Qusar Rayon Polis Şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-ci il tarixli EQ 17974464 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X1 rayon məhkəməsinə xx.xx.2024-cü il tarixində vəsatət təqdim edərək Şamaxı rayonu,Məlhəm kəndində qeydiyyatda olduğundan və Qusar rayonu uzaq olduğundan gəlməsi qeyri-mümkün olduğu üçün 3(029)-1/2024 saylı işin Şamaxı rayon məhkəməsinə baxılması üçün göndərilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatət xx.xx.2024-cü il tarixdə iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, barəsində şikayət verilmiş Qusar rayon Polis Şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-ci il tarixli EQ 17974464 nömrəli qərarı üzrə inzibati xəta Quba rayonu ərazisində törədilsə də, barəsində qərar çıxarılmış şəxs X3 məhkəməyə vəsatət verərək həmin şikayətin onun qeydiyyatda olduğu yer üzrə Şamaxı rayon məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, X4 Şamaxı rayon Məlhəm kəndində qeydiyyatda olduğundan və məhkəməyə vəsatət göndərərək işin onun qeydiyyatda olduğu yer üzrə Şamaxı rayon məhkəməsinə göndərilməsini xahiş etdiyindən hazırkı şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şamaxı rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Quba Rayon Polis Şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında EQ 17974464 nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şamaxı rayon məhkəməsinə göndərilsin. Qusar rayon Məhkəməsinin hakimi: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-1/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-1/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver