Məhkəmə qərarları › İş №3(029)-1/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-1/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-1/2025 16.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1983-cü ildə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2000 manat və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 5000 manat cərimə olunmuş və o, cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin 3(029)-169/2024 saylı 14 avqust 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Qusar rayon məhkəməsinin həmin qərarından apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-492/2024 saylı 23 noyabr 2024-cü il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsinin 3(029)-169/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Həmin Qərarın təsviri-əsaslandılrıcı hissəsində qeyd olunmuşdur ki, icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs tərəfindən qərarın icra edilməməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun tərtib edilməsinə əsası kimi onun izahatına, elektron sistem vasitəsilə verilmiş sorğulara əsasən əmlakının olmamasına istinad edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ümumi birgə və paylı mülkiyyətində olan əmlakının olub-olmaması aydınlaşdırılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, diş texnikidir və kabinet götürüb fəaliyyət göstərmək istəmişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi onu cərimə etmişdir. Onun maddi imkanı olmadığına görə cəriməni ödəyə bilməmiş və barəsində 160 saat ictimai işlər tətbiq olunmuşdur. Həmin tənbehi 2024-cü ilin sentyabr ayının 10-dan icra etməyə başlamış, gündə 4 saat işləmiş və tam icra edib qurtarmışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin onlaeın nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli 223585/2023-50 saylı bildirişin surətindən görünür ki, MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatının surətindən görünür ki, onun maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 850/2024 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2000 manat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hər iki qərar üzrə cərimə borcu qalmaqdadır. Borclu izahatında bildirmişdir ki, cərimələri ödəmək iqtidarında deyildir. Eyni zamanda borclunun əmlak vəziyyəti ilə gəlir yerlərinin aşkar olunması üçün müvafiq orqanlara sorğular verilmiş, lakin qanunla üzərinə tələb yönədilə biləcək əmlak və gəlirlər aşkar olunmamışdır. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 3(029)-169/2024 saylı məktubundan görünür ki, məhkəmənin hazırkı iş üzrə 14 avqust 2024-cü il tarixli 3(029)-169/2024 saylı qərarı əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 03 sentyabr 2024cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Qusar rayon məhkəməsinin 14 avqust 2024-cü il tarixli 3(029)-169/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 5-63-15/2-55/2024 saylı məktubundan görünür ki, Şəxs barəsində Qusar rayon məhkəməsi tərəfindən verilən 3(029)-169/12024 saylı xx.xx.2024-cü il tarixli qərarı üzrə Şəxs iş yerinə qəbul edilərək xx.xx.2024-cü il tarixdən ictimai işə təhkim edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 24/25 saylı arayışdan görünür ki, Qusar rayon məhkəməsinin 3(029)- 169/12024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibati tənbeh təyin edilmiş Şəxs xx.xx.2024-cü il tarixdə şöbədə qeydiyyata aparılmış, ilkin izahatı alınmış, elə həmin tarixdə də ona ictimai işlərə göndəriş verilərək qanunvericiliklə və məhkəmə qərarı ilə üzərinə qoyulmuş vəzifələri geniş və ətraflı izah edilmişdir. Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şəxs xx.xx.2024-cü il tarixdən ictimai işlərə təhkim edilmişdir. Həmin nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə ona təyin edilmiş 160 (yüz altmış) saat ictimai işləri işləyib tam başa çatdırmışdır. Şəxs barəsində ictimai işlər növündə inzibati tənbehin bitməsi və Qusar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılaraq Qusar rayon məhkəməsinin 3(029)-169/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli məktubla Qusar rayon məhkəməsinə məlumat verilmişdir. Bununla da, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2000 manat və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 5000 manat cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsinə dair Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunsa da, Şəxs həmin inzibati tənbehi tam çəkib qurtarmışdır. Belə olan halda, Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ümumi birgə və paylı mülkiyyətində olan əmlakının olub-olmaması tam araşdırılmasa da, həmin əsasa görə həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanuni və əsaslı olmaz. Belə ki, İXMnin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi şəxsin barəsində tətbiq edilmiş inzibati cərimənin icrası prosesində cərimənin qanunla müəyyən edilmiş müddət daxilində heç bir əsas olmadan ödənilməməsi halında törədilməklə cərimə növündə inzibati tənbehlə İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta arasında birbaşa əlaqə mövcuddur və məhz bu səbəbdən də İXM-nin 145.1.6-cı maddəsində şəxsin İXM-nin 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi cərimə barədə qərarın icrasına xitam verilməsi üçün əsas hesab olunur. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi onun törətmədiyi və ya məsuliyyətə cəlb olması istisna olunan xətaya görə məsuliyyətə cəlb olunub ictimai işlərə cəlb olunduğu anlamına gəlmiş olacaq ki, bu da İXM-nin ədalətlilik prinsipinə ziddir. Eyni zamanda bu, Şəxs barəsində tətbiq edilmiş cərimələr üzrə icraatın davam etdirilməsinə əsas yaratmaqla onun əlavə məhrumiyyətə məruz qalmasına səbəb ola bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Odur ki, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXMnin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində ictimai işlər növündə inzibati tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Eyni zamanda hesab edirəm ki, Şəxs 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbehi çəkib qurtarması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxs 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbehi çəkib qurtarması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar