Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-100/2021 18.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X5 və iş üzrə qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X8 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X8 həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmiş və Qusar rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati material yenidən baxılması üçün 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin həmin qərarından 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Qusar rayon məhkəməsinin həmin qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən yenidən baxılması üçün material həmin məhkəməyə yeni məhkəmə baxışına göndərilmişdir. Vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X8 şikayəti onunla əsaslandırmışdır ki, bələdiyyə sədri olduğu ərazidə, Qusar rayonu Xürel kəndində 100 illik nohur vardır. Həmin nohurun uzun illər təmizlənməməsi suyun çürüməsinə gətirib çıxarmışdır. Bu səbəbdən nohurdan üfunət iyi gəlmişdir. İsti havada həmin iyə görə nohurun yanında yerləşən evlərin pəncərələri yay aylarında demək olar ki, daima bağlı qalmışdır. Üfunət iyindən başqa milçək və ağcaqanad əlindən kənddə axşam yatmaq mümkün olmamış, orada olan antisanitariyaya görə xəstəliklərin yayılmasına səbəb ola bilərdi. X7 tərəfindən koronovirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində X4 tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keşirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydada ciddi riayət etmələri tələb olunur. Bu səbəbdən həmin nohurun təmizlənməsi dəfələrlə təxirə salınmışdır. Qusar rayonu Xürel kəndinin kənd sakinləri tərəfindən çox saylı müraciətlərə əsasən 100 illik nohurun təmizlənmə işlərini aparmaq qərarına gəlmişlər. Həmin nohurun təmizlənməsinə onun tərəfindən traktor və Kamaz maşını cəlb olunmuş, nohur tam təmizlənmiş və antisanitariya şəraiti aradan qaldırılmışdır. Bundan sonra kənd sakinlərinin müraciətinə əsasən Bələdiyyə sədri olduğu ərazidə Qusar rayonu Avaran yolunda Qusar rayonu Yol Tikinti İdarəsi tərəfindən asfalt yolun qırağında diametri 5 metr, dərinliyi 4 metr olan qazılan quyunun doldurulmasına həmin texnikalar cəlb olunmuşdur. Quyunun doldurulması mal-qara saxlayan kənd sakinlərinin ona olan çox saylı müraciəti əsasında olmuşdur. Həmin quyu asfalt çəkilən zaman Qusar rayonu Yol Tikinti İdarəsi tərəfindən qazılmış və doldurulmamışdır. Qeyd edilən quyunun doldurulması üçün, Qusar rayonu Yol Tikinti İdarəsi tərəfindən asfalt çəkiləndən sonra quyunun yanında olan, asfalt qatının altına səpələnən və artıq qalan çınqıl daşlarından istifadə edilmişdir. Cəlb etdiyi texnikanı həmin işi görən zaman yoldan keçən Qusar rayon Polis Şöbəsinin PPX-nın əməkdaşları onların gördüyü işi saxlamağa məcbur edib və onların guya qanunsuz iş görmələrinə görə texnikanı və həmin texnikaların sürücülərini Qusar rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə onlardan izahat alınmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə o, da Qusar rayon Polis Şöbəsinə çağırılmış və hadisə ilə bağlı izahatı alınmışdır. Qusar rayon Polis Şöbəsində bu işlə bağlı ətraflı izahat verəndən sonra ona bildirmişlər ki, guya tərəfindən qanun pozuntusu var və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokolla razı olmadığı üçün imza çəkməyə imtina etmişdir. Protokolun sürətini ona təqdim etməsini xahiş etsə də protokolu ona təqdim etməmişdirlər. Bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı ünvana Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktub gəlmiş və həmin məktubun məzmunundan ona məlum olmuşdur ki, guya tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon Avaran kənd ərazisində yerin təkindən qanunsuz olaraq istifadə edilməsi nəticəsində onun tərəfindən təbiətə 270 manat məbləğində ziyan vurulmuşdur. Bu səbədən barəsində xx xxxxxxxx 2020-ci il tarixdə MN ******* saylı qərar qəbul olunmuşdur. Həmin məktubla birlikdə qərarın təsdiq olunmuş sürəti guya ona göndərilməsi geyd olunmuşdur. Lakin nə inzibati protokolun sürəti nə də protokol əsasında qəbul olunmuş qərarın sürəti həmin məktuba əlavə edilməmişdir. Ona görəxx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət edərək barəsində tərtib olunmuş protokolun sürətini, həmin protokol əsasında qəbul olunmuş qərarın sürətini və ona əlavə olunmuş sənədlərin sürətlərini ona rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir. Ərizəyə cavab olaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi protokolun sürətini, həmin protokol əsasında qəbul olunmuş qərarın sürətini və ona əlavə olunmuş sənədlərin sürətlərini ona rəsmi qaydada xx xxxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Həmin sənədlərlə tanış olduqdan sonra inzibati protokolda tərəfindən Qusar rayon Avaran kənd daxili yolunun kənarında qanunsuz olaraq qarışıq süxur çıxarılmış və bununla da yerin təkindən istifadə qaydaları onun tərəfindən pozulması kimi göstərilmişdir. İnzibati protokolda qeyd olunan kimi yerin təkindən istifadə qaydaları tərəfindən pozulmamış və yuxarıda qeyd etdiyi kimi quyu asfalt çəkilən zaman Qusar rayonu Yol Tikinti İdarəsi tərəfindən qazılmışdır və doldurulmamışdır. Bu səbəbdən ona qarşı tərtib olunmuş protokolun və ona əsasən qəbul olunmuş qərarın qanunsuz olduğunu görmüş və bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X8 şikayəti müdafiə etmiş və şikayətdə göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, Qusar rayon Yol İdarəsi Qusar rayonu Avaran kəndi ərazisində asfalt yol çəkərkən orada qazıntı işləri aparmış, həmin vaxt qum təpəcikləri və çalalar əmələ gəlmişdir. Kənd sakinləri ona müraciət edərək həmin çalaların doldurulmasını xahiş etmişlər və bu səbəbdən də, o, traktorist Rövşənə və Kamaz sürücüsü Vitalikə tapşırıq vermişdir ki, oraya yığılmış qum təpəciklərindən qum götürüb həmin çalaları doldursunlar. Həmin iş böyük əhəmiyyət kəsb etmədiyindən bu barədə bələdiyyə tərəfindən protokol tərtib olunmamış, heç bir qərar qəbul edilməmişdir. O, həmin işə görə traktoristə və Kamaz sürücüsünə 5-10 manat məbləğində pul verəcəkdi. Lakin, o, heç bir qazıntı işləri aparmamış, bu barədə heç bir göstəriş verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə traktoristlə Kamaz sürücüsü oradan yarım maşın qum yığdıqdan sonra polis əməkdaşları oraya gəlmişlər və iş yarımçıq qalmışdır. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndi ərazisində traktor və Kamaz sürücüləri tərəfindən Qusar rayonu Avaran bələdiyyəsinin sədri Hacıbala Babayevin göstərişinə əsasən qazıntı işləri aparılarkən polis əməkdaşları onları saxlamış, sual verib sənədləri istəmiş, lakin sənədlər təqdim olunmamışdır. İcazə alınmadan qazıntı işlərinin aparılması inzibati məsuliyyətə səbəb olur. Bu səbəbdən Qusar rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 243-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikasının İXM-nin 243.0.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək Hacıbala Babayev 3000 manat məbləğində cərimə edilmişdir. Qusar RPŞ-nin həmin inzibati xəta haqqında protokolu tərtib etmək səlahiyyəti olmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X13 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin PPX tağımının polis nəfəri işləyir. xx xxxxxx 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndi ərazisində polis sıravisi Amrid Tahirovla birlikdə xidmətdə olarkən orada divar kimi təpənin altından traktorla Kamaz markalı avtomobilə qum-çınqıl yığıldığını görmüşlər. Bu səbəbdən də, onlara yaxınlaşıb bu barədə sənədlərinin olub-olmadığını soruşmuşlar, lakin heç bir sənədin olmadığı müəyyən edilmişdir. Sorğu-sual zamanı sürücülər bildirmişlər ki, həmin işi Qusar rayonu Avaran bələdiyyəsinin sədri X5 tapşırığı ilə görürlər, həmin qum-çınqılı aparıb yola tökəcəklər. Lakin, orada yol işləri aparılmamış, bu barədə heç bir iş görülməmişdir. Bu barədə foto şəkillər çəkilmiş, raportla rəhbərliyə məruzə edilmiş, araşdırma aparılması üçün həmin şəxslər və texnika polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid X2 Laçınovla analoji izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid Əliverdiyev Rövşən Bəybala oğlu izahatında göstərmişdir ki, o, Qusar rayonu Gedəzeyxur kəndində yaşayır, idarə etdiyi traktorla günü 250 manata işləyib pul qazanır. Qusar rayonu Avaran bələdiyyəsinin sədri ona və Kamaz sürücüsü Vitalikə bildirmişdir ki, Avaran kəndindən Xürel kəndinə gedən yolda çala var və həmin çalanı doldurmaq lazımdır. Həmin çala asfalt yolun yanında olmuş, uzunluğu 5-6 metr, eni 2.5 metr, dərinliyi isə təxminən 2 metr olmuşdur. Həmin işi görmək üçün saatı 30 manata razılaşmışlar. Orada qum təpəciyi və çınqıl olmuş, əvvəlcə o, çınqıl və qumla çalanı doldurmuş, qalan qumu və çınqılı isə Kamaz markalı avtomobilə yükləyib yola töküb yolu düzəltməli olmuşlar. O, yeri və təpəni qazmamış, oraya yığılmış qum və çınqıldan istifadə etmişdir. Çınqılı Kamaz markalı maşına yükləyərkən oraya polis əməkdaşları gəlmişlər və onları saxlamışlar. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, o, Qusar rayonu Avaran kəndində yaşayır, idarə etdiyi Kamaz markalı avtomobillə işlər görüb pul qazanır. Qusar rayonu Avaran bələdiyyəsinin sədri X8 yolları düzəltmək və quyunu doldurmaq üçün Avaran kəndindən Xürel kəndində gedən yoldan 3 maşın qum və çınqıl aparmasını xahiş etmiş, o, isə bununla razılaşmışdır. Həmin yerdə təpənin qarşısında hazır yığılmış çınqıl və qum olmuş və onları maşınla daşımalı olmuşdur. Bələdiyyə sədri onun həmkəndlisi olduğundan, həmçinin onun kəndi üçün iş görüldüyündən həmin şəxslə həmin işin görülməsi üçün pul danımamış, işi pulsuz görmüşdür. Bundan başqa, bələdiyyə sədri xahiş etmişdir ki, orada olan çuxuru da qum və çınqılla doldursunlar. Həmin çalanın içərisində isə zibil olmuşdur. Traktoristlə birlikdə həmin çalanın içərisinə iki maşın çınğıl töküb doldurmuşlar, qalan çınğılı isə aparıb yola tökməli olmuşlar. Lakin, çınğılı maşına yükləyərkən oraya polis əməkdaşları gəlmişlər və onları saxlayıb polis şöbəsinə aparmışlar. Sonradan o, maşında olan çınqılı gətirib kənd yolundakı çalalara tökmüşdür. Vəzifəli şəxs Qusar rayonu Avaran Bələdiyyəsinin sədri X5 şikayətini və iş materiallarını nəzərdən keçirib, həmçinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Qusar rayonu Avaran kəndi ərazisində müvafiq qaydada icazəsi olmadan yerin təkindən istifadə qaydalarını pozması və Azərbaycan Respublikasının İXM-nin 243-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarında olan 5 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki. Qusar RPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında vəzifəli şəxs Qusar rayonu Avaran bələdiyyəsinin sədri X8 Azərbaycan Respublikasının İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Hacıbala Babayev tərəfindən Qusar rayonu Avaran kənd daxili yolunun kənarından qanunsuz olaraq texnika ilə qarışıq süxur çıxarılmış, bununla da yerin təkindən istifadə qaydaları pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 100.1.4, 100.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Həmin Məcəllənin 106.0, 106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir., Həmin Məcəllənin 243.0-cı maddəsinə əsasən yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni: 243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına; 243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə; 243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına; 243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına; 243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə; 243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə; 243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə; 243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə; 243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə- fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İXM-nin 243.0-cı maddəsində yerin təkindən istifadə qaydalarının bir neçə formada pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddədə doqquz növ inzibati xəta nəzərdə tutulmuş, hər birinin dispozisiyası fərqlidir və hər bir inzibati xəta hadisəsi üzrə şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri ayrıca araşdırılmalıdır. Lakin, Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru Ceyhun Heydərov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda vəzifəli şəxs Qusar rayonu Avaran bələdiyyəsinin sədri X5 xx xxxxxx 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndi ərazisində müvafiq qaydada icazəsi olmadan yerin təkindən istifadə qaydalarını pozduğu göstərilsə də, onun yerin təkindən istifadə qaydalarını hansı üsulla, hansı formada pozması və bununla da, onun İXM-nin 243.0-cı maddəsində nəzərdə tutulan 9 növ inzibati xəta hadisəsinin məhz hansını törətməsi dəqiq göstərilməmiş, yalnız mücərrəd şəkildə maddənin adının (Yerin təkindən istifadə qaydalarının pozulması) qeyd edilməsi ilə kifayətlənilmişdir. Bundan başqa, həmin inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi kimi 243-cü maddəsi göstərilmişdir. Halbuki, İXM-nin inzibati məsuliyyət nəzərdə tutan belə bir konkret maddəsi yoxdur, yuxarıda qeyd edildiyi kimi həmin maddədə 9 növ inzibati xəta nəzərdə tutulmuşdur. Bununla da, Qusar rayon Polis Şöbəsi tərəfindən məlum inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin tələbləri pozulmaqla tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokola baxmaq səlahiyyəti olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib edilib-edilməməsini araşdırmamış, həmin protokolun İXM-nin 100-cü maddəsində göstərilən tələblərə uyğun tərtib edilmədiyini nəzərə almamış və İXM-nin 109.1.6-cı maddəsinə əsasən həmin protokolu və ona əlavə olunmuş sənədləri onu tərtib etmiş orqana geri qaytarmalı olduğu halda, vəzifəli şəxs Hacıbala Babayevin İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda Hacıbala Babayevin tərəfindən Qusar rayonu Avaran kənd daxili yolunun kənarından qanunsuz olaraq texnika ilə qarışıq süxur çıxarılması, bununla da, yerin təkindən istifadə qaydalarının pozulması göstərilmişdir. Halbuki, inzibati xəta haqqında protokolda həmin şəxsin İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və onun qarışıq süxur götürməsi qeyd edilməmişdir. Bununla da, səlahiyyətli orqan olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamamış, həmçinin qərar qəbul edilərkən Azərbaycan Respublikasının İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana-yəni 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-100/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-100/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver