Məhkəmə qərarları › İş №3(029)-101/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-101/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-101/2023 10.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1963-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Qusar rayonu Gedəzeyxur kəndində yaşadığı evdə qardaşı X2 məxsus televizoru sındıraraq ona 300 manat maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və həmin bölmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qusar RPŞ-nin polis sahə rəisi VMİE X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN 1719329-249 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə verərək, özünü təqsirli bilərək izahatında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, həmin şəxslə barışdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 ərizə təqdim edərək izahatında göstərmişdir ki, hal hazırda Şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, yeni televizor aldığınından, onunla barışmış, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallında olan xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, 2023-cü ilin fevral ayı üçün 01 ədəd “Shivaki” markalı televizorun dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəməyə təqdim edilmiş Şəxs və X1 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, həmin şəxslər barışmışlar, Şəxs tərəfindən X2 dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişlər və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0, 53.0.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs X2 dəymiş ziyanı ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 53, 105.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs X2 dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxs ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar