Məhkəmə qərarları › İş №3(029)-104/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-104/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-104/2022 15.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə polis rəisi X4 tərəfindən tərtib edilmiş EPQ ******* saylı 09.02.2022-ci il tarixli qərardan X1 verdiyi şikayət ərizəsinə baxaraq, Müəyyən e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin EPQ ******* saylı 09.02.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət 15 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarını və şikayət ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, həmin şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin EPQ ******* saylı 09.02.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunduğunu göstərsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Şikayət ərizəsinə əlavə olunmuş qərar isə EPQ ******* saylı 22.05.2021-ci il tarixli olmaqla həmin qərara əsasən X2 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə 200 manat deyil, 100 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Maarif Heydərov barəsində şikayət verilmiş qərarın 26 fevral 2022-ci il tarixdə ona təqdim edildiyini göstərsə də, bu barədə müvafiq sənədi də şikayət ərizəsinə əlavə etməmişdir. Bununla da, Maarif Heydərovun hazırkı şikayəti qanunla müəyyən olunmuş müddət daxilində verməsi də öz təsdiqini tapmır, əksinə onun şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürməsi müəyyən olunur. Azərbaycan Respublikasının İXM-nin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X2 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatəti məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ləğv edilməsi xahiş olunmuş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə polis rəisi X4 tərəfindən tərtib edilmiş EPQ ******* saylı 09.02.2022-ci il tarixli qərar da şikayət ərizəsinə əlavə olunmamışdır. Bu səbəbdən də hesab edirəm ki, onun tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128, 130-cu maddələrini rəhbər tutaraq, Qərara a l d ı m: Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə polis rəisi X4 tərəfindən tərtib edilmiş EPQ ******* saylı 09.02.2022-ci il tarixli qərardan X1 verdiyi şikayət geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar