Məhkəmə qərarları › İş №3(029)-105/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-105/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-105/2022 16.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 06.02.2022-ci il tarixdə saat 21:56 radələrində “VAZ-21074” markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağım YPX inspektoru polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə 06.02.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Qusar rayon Polis Şöbəsinə göndərilmiş, həmin polis şöbəsinin 05 mart 2022-ci il tarixli məktubu ilə həmin material baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda protokolun tərtib olunduğu yer kimi Gəndob-Yalama yolunun 48-ci kilometrliyi qeyd edilsə də, inzibati xətanın törədildiyi dəqiq ünvan-yəni xətanın hansı rayonun hansı ərazisində törədildiyi qeyd edilməmişdir. Bu, isə hazırkı inzibati xəta haqqında protokola ərazi aidiyyəti üzrə hansı məhkəmə tərəfindən baxılmasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla da, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.1, 100.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağım YPX inspektoru polis serjantı X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında 06.02.2022-ci il tarixli İXP ******* saylı protokol düzgün tərtib olunmadığından, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağım YPX inspektoru polis serejantı X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında 06.02.2022-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar