Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-106/2023 02.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Həzrə kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində özünə məxsus bir baş qırmızı ala rəngli inəyi yolda nəzarətsiz qoymuş və nəticədə inək yolda hərəkətdə olan “Hyundai Tucson” markalı ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Qusar rayonu Düztahir kənd sakini Zərərçəkmiş şəxs Zakir oğluna maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında özünə məxsus iki baş inəyi örüşə ötürmək üçün tövlədən buraxmışdır. Kənddə mal-qaranı örüşə aparmağa başqa yol yoxdur. Hadisə baş vermiş yerdən evinə kimi təxminən 300-400 metrə məsafə olmuşdur. Həmin gün özünə məxsus inəkləri örüş sahəsinə tövlədən buraxıb, öz işlərinin dalınca getmişdir. Adətən kənddə heç kim tövlədən örüş sahəsinə kimi mal-qaranı (özünə məxsus inəkləri) nəzarət şəkildə aparmır və güdmür. O, da həmin gün həmişəki kimi inəkləri tövlədən çıxandan sonra inəkləri örüş sahəsinə kimi nəzarəti altında aparmamış və ya güdməmişdir. Həmin gün hadisə baş verən yerdə Zərərçəkmiş şəxs avtomobil ilə onun inəyini vuran zaman özü orada olmamışdır. Hadisədən sonra inəyinin Zərərçəkmiş şəxs tərəfindən vurulduğunu bilmişdir. Özü həmin vaxt hadisə baş verən yerdə olmamışdır. Yol boyu inəklər olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən onun inəyini yol kənarında vurulmuşdur. Zərərçəkmiş şəxs həmin ərazidə təxminən 80-90 sürətlə gəldiyini bildirmişdir. Hadisə baş verən ərazidə başqa şəxslərində inəkləri olmuşdur. Yol boyu iki yerdə mal-qara işarəsi vardır. Lakin Zərərçəkmiş şəxs yüksək surətdə olmuş onun tormoz məsafəsi olmamışdır. Örüş yerində iki nəfər çayın altında olmuşdur. Lakin hadisə baş verən yerdə heç kim olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək həqiqətən də həmin tarixdə, qeyd olunan günün səhəri o, özünə məxsus avtomaşınla hərəkətdə olan zaman Qusar rayonu Həzrə kəndində onun qarşısına bir baş inək qəfil çıxmışdır. O, həmin vaxt avtomobili təxminən 40-50 km surət ilə hərəkət etmişdir. Onun idarə etdiyi avtomobilin surəti yüksək olmamışdır. İnək yola qəflətən çıxmışdır. İnəkləri heç kim güdməmiş, inəklərin yanında heç kim olmamışdır. Hadisə baş verən zaman öz avtomobili ilə vurmuş olduğu inəyin yiyəsi orada olmamışdır. Əgər inəklərin yanında adam olsaydı yol nəqliyyat hadisəsi baş vermiyəcəkdir. Onun hadisənin qarşısını almağa imkanı olmamışdır. Məhkəmə iclasında şahid Aziyev Fərazi Rəhimxan oğlu izahatında göstərmişdir ki, hədisə baş verən gün o, bağa su açmaq üçün dərəyə enmişdir. Uzaq məsafədən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yüksək surət ilə hərəkət etdiyini görmüşdür. Toqquşma baş verən yeri görməmişdir. Ancaq səs eşitmişdir. Hadisə yerində kimin olduğunu görməmişdir. Şəxs inəklərini öz nəzarəti altında örüş sahəsinə apardığını görməmişdir. Şəxs hadisə baş verən anda orda olduğunu görməmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, hadisə baş verən gün o, yoldaşı ilə işdən qayıdırmış. Uzaq məsafədən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yüksək surət ilə hərəkət etdiyini görmüşdür. Toqquşma baş verən yeri görməmişdir. Ancaq səs eşitmişdir. Hadisə baş verən ərazi ilə onun arasında təxminən 300-400 metr olmuşdur. Hadisə yerində kimin olduğunu görməmişdir. Şəxs inəklərini öz nəzarəti altında örüş sahəsinə apardığını görməmişdir. Şəxs hadisə baş verən anda orda olduğunu görməmişdir. Hadisə baş verəndə orada 2 nəfər kənd sakini olmuşdur. Lakin, onlar inəkləri güdməmişdir. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, araşdırma onun tərəfindən aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə protokol tərtib olunub Qusar rayon məhkəməsinə göndərilmişdir. Protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs tərəfindən özünə məxsus 2 baş inəyi yolda nəzarətsiz qoymuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan dəymişdir. Həmin ərazidə yol nişanı yoxdur. Həmin ərazi yaşayış sahəsi deyildir. Ərazidə surəti ölçmək üçün texniki cihazlar yoxdur. Surətin vizual ölçülməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Hyundai Tucson” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 2595 (iki min beş yüz beş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sementbeton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; malqaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.6-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə- yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol nəqliyyat hadisəsi baş vermiş yerdə olmamış, özünə məxsus inəkləri yolda nəzarətsiz qoymuş, inəkləri güdməmiş, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün heç bir tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-106/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-106/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver