Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-107/2022 28.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1985-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Sabir oğlunun barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Sabir oğlu QTA Bakı RB-nin MN ******* saylı 29.06.2021-ci il tarixli və Bakı BG İdarəsinin 00100/2362 saylı 02.12.2021-ci il tarixli cərimə olunması barədə qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində həmin qərarlar üzrə cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Sabir oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə 05.03.2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlu və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlunun və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan QTA Bakı RB-nin MN ******* saylı 29.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Sabir oğlu Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 29.11.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, QTA Bakı RB-nin MN ******* saylı 29.06.2021-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Sabir oğluna ünvanlanmış 29.11.2021-ci il tarixli 4160/2021 saylı bildirişin surətindən görünür ki, QTA Bakı RB-nin MN ******* saylı 29.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan borclu Şəxs Sabir oğlunun Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 30.11.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, pandemiya ilə əlaqədar işləmədiyindən, bütün fəaliyyətləri dayandırdığından cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Bakı BG İdarəsinin 00100/2362 saylı 02.12.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Sabir oğlu Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 25.01.2022-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Bakı BG İdarəsinin 00100/2362 saylı 02.12.2021-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Sabir oğluna ünvanlanmış 25.01.2022-ci il tarixli 198/2022 saylı bildirişin surətindən görünür ki, Bakı BG İdarəsinin 00100/2362 saylı 02.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 25.01.2022-ci il tarixli « icra sənədlərin ümumi icraatda birləşdirilməsi haqqında » qərarının surətindən görünür ki, QTA Bakı RB-nin MN ******* saylı 29.06.2021-ci il tarixli və Bakı BG İdarəsinin 00100/2362 saylı 02.12.2021-ci il tarixli icra işləri üzrə borclu eyni şəxs-yəni Şəxs Sabir oğlu olduğundan borclu barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan borclu Şəxs Sabir oğlunun Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 04.02.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, pandemiya ilə əlaqədar işləmədiyindən, bütün fəaliyyətləri dayandırdığından hər iki cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 05.03.2022-ci il tarixli, 796/2022 saylı arayışından görünür ki, borclu Şəxs Sabir oğluna icra sənədinin könüllü icrası üçün müddət verilmiş və könüllü icra üçün müəyyən olunmuş müddət bitəndən sonra məcburi icra tədbirlərinə başlanmış, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərinin olub-olmaması, yaşayış və iş yeri, digər gəlirləri barədə sorğular verilmiş, nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və ya digər qiymətli əşyası aşkarlanmamış, bank hesabının və əmanətlərinin olmadığı məlum olmuşdur. Borclu Şəxs Sabir oğlu ailəlidir, işləmir, adına tələbin yönəldilə biləcəyi daşınmaz əmlakı, pay torpaq sahəsi, avtonəqliyyat vasitəsi, banklarda əmanətləri və digər gəlirləri aşkarlanmamışdır. İş materiallarında olan Şəxs Sabir oğlunun barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlu QTA Bakı RB-nin MN ******* saylı 29.06.2021-ci il tarixli və Bakı BG İdarəsinin 00100/2362 saylı 02.12.2021-ci il tarixli qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Sabir oğlu Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-107/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-107/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver