Məhkəmə qərarları › İş №3(029)-112/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-112/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-112/2022 08.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1996-cı ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 07.02.2022-ci il tarixdə saat 00:05 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın şüşəsini sərxoş halda sındıraraq əmlakına cəmi 35 manat məbləğində ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin 15.02.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 26.02.2022-ci il tarixli MN 1352855-108 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 28 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallında olan Qusar rayon Polis Şöbəsinin TB-nin 15.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs mağazasının pəncərəsinin bərpası üçün 35 manat sərf olunmuş, nəticədə Şəxs tərəfindən Zərərçəkmiş şəxs cəmi 35 manat maddi ziyan vurulduğu qeyd edilmişdir. İş materiallarında olan Qusar rayon İstehsal-istehlak Kooperativinin arayışından görünür ki, sorğuda göstərilən şüşənin hazırkı bazar satış qiyməti 15 manat, şüşənin pəncərəyə salınması üçün isə 20 manat tələb olunur. Belə ki, Zərərçəkmiş şəxs cəmi 35 manat ziyan dəymişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə-yəni 35 (otuz beş) manat məbləğdə cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar