Məhkəmə qərarları › İş №3(029)-112/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-112/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-112/2023 17.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində özünə məxsus bir baş atı yolda nəzarətsiz qoymuş və nəticədə at Qusar şəhəri Səfər Mühürov küçəsində hərəkətdə olan “Hyundai Tucson” markalı ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qeyd edilən tarixdə ona məxsus atı, iplə bağlayaraq çayın qırağında bağlamışdır. Axşam radələrində dostu ona zəng edərək atının avtomobili vurduğunu bildirmişdir. Hadisə yerinə gələndə atın ayağının sındığını görmüşdür. Hazırda atını müalicə edir. Onun atı cins atdır. Avtomobil sürətlə gəlib atını vurmuşdur. Özü hadisə yerində olmamışdır. Yalnız hadisə baş verdikdən sonra həmin yerə gəlmişdir. Hadisə yerinə sonradan gəlmişdir. Axşam vaxtı dostu öz atı ilə bərabər onun atını gətirmiş, hadisə dostu orada olanda baş vermişdir. Onun baş vermiş hadisədə heç bir günahı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək həqiqətən də həmin tarixdə, hadisə axşam radələrində baş vermişdir. At onun idarə etdiyi avtomobilin qarşısına qəflətən çıxmışdır. Surəti təxminən 45-50 olmuşdur. Atın üstündə heç kim olmamışdır. At tikililərin arasından çıxmışdır. Atda uzun ip olmuşdur. Hadisə yerində olan şəxslərdən birinin əlində yumrulanmış ip olmuşdur. Hadisə baş verəndə Şəxs orada olmamışdır. Hazırda ona vurulmuş maddi ziyanı tələb edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Hyundai Tucson” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 1418 (min dörd yüz on səkkiz) manat təşkil edir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətində onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilirməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 338.1-ci maddəsinə əsasən piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına; qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görəiyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.2-ci maddəsinə əsasən bu Məcəllənin 338.2- 1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə-iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.2-1-ci maddəsinə əsasən hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.6-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə- yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarına və iş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus at onun özünün iradəsindən asılı olmayaraq, digər şəxs tərəfindən sərbəst buraxılmış, həmçinin Şəxs hadisə yerində olmadığına görə yol hərəkəti iştirakçısı olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən hadisə onun özünün və zərər çəkmiş şəxsin ifadələri ilə, ona tətbiq olunmuş maddənin sanksiyasına uyğun olmadığından, onun təqsiri sübuta yetirilməsində kifayət qədər dəlillər yoxdur. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tələbini pozacaq hər hansı bir hərəkət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə yerində olmamış, o, yol hərəkəti iştirakçısı olmamışdır, atının gətirilməsini başqa şəxsə tapşırmışdır. Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisənin səbabkarı Şəxs atını gətirən şəxs olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətində inzibati xəta tərkibi olmadığı üçün, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X1 xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar