Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-112/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarxidə saat 12:20-də, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekdə, aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müfəttişi X4 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" MMC-nin və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəmə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. "xxxx" MMC məhkəməyə ərizə təqdim edərək, məhkəmə prosesində iştiraklarının mümkün olmayacağı səbəbindən, hazırki müraciət ərizəsində qeyd edilənləri məhkəmə iclasında təqdim edəcəkləri ifadə kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etdiklərini, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında tərtib edilən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xətaya dair protokolla razı olduqlarını, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə - 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 265№-li aktdan görünür ki, aptek təşkilatlarında əczaçılıq ixtisasına malik şəxsin olmadığı və əczaçılıq ixtisasına malik olmayan şəxs X1 tərəfindən dərman vasitələrinin satışını həyata keçirməsi faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, "xxxx" MMC hal-hazıradək hüquqi şəxs statusundadır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs "xxxx" MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, həmçinin "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizə ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 452.3. maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 452.3, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: "xxxx" MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinib 1000 ( bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-112/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-112/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver