Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-119/2022 01.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1988-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar rayon Təhsil Şöbəsinin Həzrə kənd tam orta məktəbində ocaqçı işləyən, Qusar rayonu Həzrə kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-78/2017 saylı 18.04.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 6000 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 01.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Həzrə kənd tam orta məktəbində ocaqçı işləyir, aylıq əmək haqqı 270 manat təşkil edir. Əvvəllər tələbkar Zamira Qiyasovaya alimenti ödəmiş, son üç ildə isə ödəməmişdir. İstər ailəli olduqları vaxtda, istərsə də boşandıqdan sonra tələbkar Zamira Qiyasova ona dəfələrlə xəyanət etmiş, bu səbəbdən də həmin şəxsə aliment ödəmir. Onun tələbkara 6000 manat məbləğində borcu var, maddi imkanı aşağıdır, anası ilə birlikdə yaşayır, pulu olsa da, o, tələbkara aliment ödəməyəcək, çünki tələbkar alimenti yalnız özünün kefinə xərcləyəcək, uşaqlara verməyəcəkdir. O, gələcəkdə aliment ödəsə də, bunu ancaq uşaqlarına ödəyəcəkdir, ancaq hansı qaydada ödəyəcəyini bilmir. Tələbkar uşaqları saxlaya bilmirsə ona qaytarsın və yaxud uşaqlardan biri onunla, biri isə tələbkarla birlikdə yaşasın. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-78/2017 saylı 18.04.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 24.10.2016-cı il tarixdən başlayaraq 16.01.2012-cı il təvəllüdlü X2 və 31.10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 04.05.2017-ci il tarixli 2296/17 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-78/2017 saylı 18.04.2017-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır, Qusar rayon Təhsil Şöbəsinin Həzrə kənd tam orta məktəbində ocaqçı işləyir, aylıq əmək haqqı 260 manat təşkil edir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin 01.04.2022-ci il tarixli 959/22 saylı arayışından görünür ki, hal-hazırda borclunun tələbkara 6000 (altı min) manat aliment borcu yaranmışdır. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 07.09.2017-ci il tarixli izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)- 78/2017 saylı 18.04.2017-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan aliment borcunu tam ödəyə bilmədiyini, onun hal-hazırda 2000 manat aliment borcunu işi olanda ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 08.11.2017-ci il tarixli 8(029)- 91/2017 saylı qərardadından görünür ki, Qusar rayonu Həzrə kəndində yaşayan Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 14.01.2022-ci il tarixli və 30.03.2022-ci il tarixli izahatlarından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)-78/2017 saylı 18.04.2017-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan 5000 manatdan yuxarı olan aliment borcunu ödəməyəcəyini, ona verəsi aliment pulunun olmadığını bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs oğlu heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 01.04.2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-119/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-119/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver