Məhkəmə qərarları › İş №3(029)-12/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-12/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-12/2024 26.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1 oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 1273/2021 saylı icra sənədinə əsasən tələbkar İbrahimova (Şirinova) Lalə Adil qızına 1830 manat aliment borcu yaranmışdır. Borclu qərəzli olaraq borcu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hazırda onun 1830 manat aliment borcu vardır. Aliment borcunu işdən əmək haqqını aldıqdan sonra ödəyəcəyini bildirmişdir. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, həbs olunacağı halda işini itirəcək, işini itirəcəyi təqdirdə gələcəkdə aliment borcunu ödəyə bilməyəcəkdir. Məhkəmədən ona cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1273/2021 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun ərizəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Hal hazırda ona həbs inzibati tənbehin tətbiq olunmasını məhkəmə məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar