Məhkəmə qərarları › İş №3(029)-122/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-122/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-122/2024 31.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun hakimliyi, X13 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakları ilə, xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, günorta saatlarında qayınanası X8 nalayiq ifadələrlə təhqir etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin polis sahə rəisi, polis mayoru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, heç kimi təhqir etməmişdir. Belə ki, 24 may 2024-cü il tarixdə qonşuları tərəfindən onlara zəng gəldi ki, onların oradaki həyətlərində X1 qardaşları tərəfindən ağacları kəsilib. Daha sonra hadisə yerinə getdikləri zaman, orada heç kimin olmadığını görmüşlər. Əri sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng etmiş, Əskərov Elmar, Əskərov Elmir, Əskərov Elçin tərəfindən çəpərlərinin söküldüyünü və ağaclarının kəsildiyini demişdir. Həmin şəxslər onların çəpərlərini sökmüş, yerlərini dəyişmiş, qapının yerini dəyişmiş, pəncərəni çıxarmış və həyətlərinə müdaxilə etmişlər. Daha sonra polislər gəlmiş, araşdırma aparmış, onlar isə oradan Polis şöbəsinə gəlmişlər. Həmin gün o, qayınanası, yəni X4 ümumiyyətlə görməmişdir. Hadisə baş verən günü polis orada qalmış, onlar isə evlərindən Polis Şöbəsinə getmiş, yolda gedərkən heç kimi görməmiş, heç kimlə rastlaşmamışlar. Barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilmir, nə protokolda göstərildiyi tarixdə, nə də başqa tarixdə qayınanası X8 nalayiq ifadələrlə təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dediklərini təsdiq edərək bildirmişdir ki, Şəxs həyat yoldaşı, Əskərova Əminə isə anasıdır. xx.xx.2024-cü il tarixdə, Qusar rayonu, Xürel kəndində həyətyanı sahəsində çəpərlərin dağıdıldığını görmüş, daha sonra polis əməkdaşları gəlmiş, araşdırma aparmışlar, onun qardaşını çağırmışlar, daha sonra onları Polis Şöbəsinə dəvət etmişlər. Sonra onlardan şikayət etmiş, həmin günü o anasını ümümiyyətlə görməmişdir. Nə o, nə də Raziyyə xanım anasını təhqir etməmişdir. Onun qardaşları ilə arasında torpaq mübahisələri var və bu yolla, yəni şər-böhtan atmaqla onun mülkiyyətini ələ keçirmək istəyirlər. Nə özü də, nə də, Şəxs, anası X8 nalayiq ifadələrlə təhqir etməmişlər. Zərər çəkmiş şəxs X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxsnun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində inzibati xəta tərkibi olmasına şübhələr vardır. Həmçinin, protokola əlavə olunmuş X5 ərizəsində olan halları sübuta yetirilməmişdir. Şəxs ictimai qaydanı pozub-pozmaması isə həmin sənədlərdə öz əksini tapmamışdır. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsiniyəni onun qeyd olunan tarixdə qayınanası X6 nalayiq formada təhqir etməklə ictimai qaydanı pozmasını sübut edən digər heç bir sənəd və ya sübut isə protokola əlavə olunmamış, həmçinin məhkəmə araşdırılması zamanı həmin hallar öz təsdiqini tapmadı. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış X3 ərizəsindən görünür ki, xx.xx.2024cü il tarixdə evə getdiyi zaman yolda oğlu X2 ilə rastlaşmış,o, X6 görən kimi əsəbi şəkildə onun ünvanına uca səslə nalayiq ifadələr işlətmiş, həmçinin onun idarə etdiyi maşında əyləşən Şəxs da onun təhqir etmişdir. Bununla da, Şəxs hazırkı inzibati xəta hadisəsini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması barədə əsaslı şübhələr vardır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi hazırkı inzibati xəta hadisəsinin Şəxsnun tərəfindən törədilməsi, sonuncunun həmin əmələ görə təqsirli olması barəsində əsaslı şübhələr vardır və ona görə də həmin şübhələr Şəxsnun xeyrinə həll olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur və o, hazırkı inzibati xəta hadisəsi barəsində təqsirsiz hesab edilməlidir. Hazırkı iş üzrə görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan ictimai qaydanı pozulması ilə bağlı hər hansı bir sübut təqdim olunmamış və ictimai qaydanı pozulma halı aşkar olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsinin tələbinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda; hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bundan başqa həmin qərarda qeyd olunur ki, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Şəxs tərəfindən ictimai asayişin, şəxsiyyətin toxunulmazlığının və mülkiyyətin bütövlüyününün, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksini pozan hərəkətlər etməsi öz təsdiqini tapmadı. Həmçinin, vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərin törədilməsi də öz təsdiqini tapmadı. Məhkəmə öz daxili inamına əsasən hesab edir ki, Şəxs əməlində birbaşa qəsd yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da qeyd olunur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair 12 oktyabr 2022-ci il tarixli qərardadında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məhkəmə araşdırması zamanı Şəxs əməlində nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməsi öz təsdiqini tapmadı. Həmin Qərardadda qeyd olunur ki, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırmasınadək Şəxs ictimai qaydanın pozulması ilə hadisənin ətrafda olan qonşular, yaxınlıqda olan şəxslər, nə də ki işin nəticəsində maraqlı olmayan şəxslər şahid qismində dindirilməmişdir. Hadisənin birbaşa şahidi olmuş X2 isə izahatında bildirmişdir ki, nə özü də, nə də, Şəxs, anası X8 nalayiq ifadələrlə təhqir etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində ictimai qaydanın pozulma halı yoxdur. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qayınanası X6 nalayiq ifadələrlə təhqir etmək halı sübut olunmadığından, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkib əlaməti yoxdur və həmin iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar