Məhkəmə qərarları › İş №3(029)-122/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-122/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-122/2025 30.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X24 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 nümayəndəsi X11 iştirakları ilə X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. X14 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X14 şikayəti onunla əsaslandırmışdır ki, o, Qusar şəhərində mağaza işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağazanın işlərinin görülməsi üçün müvafiq işçilərlə qanuna müvafiq qaydada əmək müqaviləsi bağlamış, digər zəruri olan işləri həyata keçirmiş, vergi ödəyicisi kimi üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Mağazanın daxilində interyer dizayn işlərinin 80 faiz hissəsini özü görmüşdür. X8 da o, interyer dizayner kimi tanımış və mağazanın daxilində digər cüzi interyer dizayn işləri üçün ideyalarından yararlanmaq üçün həmin şəxsi çağırmış və həmin işlərdə ona yardım etməsini xahiş etmişdir. Başqa sözlə, o, həmin şəxsi işçi kimi işə cəlb etməmiş, hər hansı əmək funksiyalarının yerinə yetirməsi üçün göstərişlər verməmişdir. Həmin şəxs günün müəyyən vaxtlarında 5-10 dəqiqəlik ona yardım etməsi üçün mağazaya gəlmişdir. Lakin, həmin şəxs onun tərəfindən işçi kimi hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Ona görə də, X12 Xidməti X4 bu barədə qənaəti əsassızdır. İnzibati tənbeh vermə haqqında qərarda göstərilən digər şəxsi, yəni Yeganə adlı şəxsi isə o, ümumiyyətlə tanımır, onunla aralarında hər hansı razılaşma olmamış, onun tərəfindən həmin şəxsə hər hansı tapşırıqlar verilməmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərarda onun həmin şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyim göstərilsə də, konkret olaraq hansı işlərin görülməsinə, hansı miqdarda əmək haqqının ödənilməsi müqabilində işlərin görülməsinə cəlb edilmələri göstərilməmiş, onun əməli mücərrəd şəkildə göstərilmişdir. Çünki, həmin şəxslərlə onun arasında konkret razılaşma olmamış, onlarla aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, o, işlətdiyi mağazanın 90 faiz işlərini görmüş, mağazanın açılışından 10 gün əvvəl işçi qəbulu ilə bağlı elan vermişdir. Bir nəfər tanışı ona zəng edərək Şahin adlı qohumunu işə götürməsini xahiş etmiş, bundan sonra həmin şəxs mağazaya gəlmiş, bir müddət orada olduqdan sonra getmişdir. O, mağazanın açılışında iştirak edə bilməmiş və mühasib Cavad müəllimə demişdir ki, mağazanın sənədləşmə işləri, müqavilələr və s. qaydasında olsun. Şahin adlı şəxs mağazada işlədiyinə görə ondan 2000 manat pul istəmiş, o, isə həmin şəxsə 500 manat verməyi nəzərdə tutmuş və həmin məbləğdə pulu da ona vermişdir. Bundan sonra həmin şəxs gəlib arvadının da orada xadimə işlədiyini bildirmiş və onun pulunu da tələb etmişdir. Sonra bu məsələ ilə bağlı polisə müraciət olunmuş, polis tərəfindən material prokurorluğa göndərilmişdir. Prokurorluqda o, izahat verərkən həyəcanlı olduğundan, həmçinin azərbaycan dilini yaxşı bilmədiyindən izahatın mahiyyətini tam anlaya bilməmişdir. Əmək müfəttişliyində isə ona prokurorluqdan qərar göndərildiyini bildirmişlər. O, prokurorluqda izahat verdiyini və həmin izahatı təsdiq etdiyini bildirmişdir. Şahin adlı şəxs mağazada işləməmiş, cəmi 10 gün orada olmuşdur. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 nümayəndəsi X19 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şöbəyə Qusar rayon prokurorluğundan X14 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuş, bununla bağlı Farid Həzərov şöbəyə dəvət olunmuş, həmin şəxs materialla tanış edilmişdir. Həmin materialda Farid Həzərovun 2 izahatı olmuşdur. Birinci izahatında X17 Paşayev və Yeganə Paşayeva ilə əmək müqaviləsi bağlanıb-bağlanmaması soruşulmuş, o, bu barədə məlumatının olmadığını bildirmişdir. 2-ci əlavə izahatında ondan bir daha bu barədə sual olunmuş və həmin şəxs bildirmişdir ki, Şahin Paşayev xx.xx.2024-cü il tarixdən, onun arvadı Yeganə Paşayeva isə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ona məxsus “İstok” ərzaq mağazasında işləmişlər. Həmçinin, bildirmişdir ki, o, Şahin Paşayev, onun arvadı Yeganə Paşayeva ilə əmək müqaviləsi və ya digər hər hansı müqavilə bağlamamışdır. Buna görə də, Farid Həzırov barəsində qeyd olunan qərar qəbul olunmuşdur. Farid Həzərov X12 Xidmətinin X5 həmin halları bir daha təsdiq etmişdir. Daha sonra isə həmin şəxs prokurorluqdan daxil olmuş həmin qərar əsasında cərimə olunmuşdur. Odur ki, Farid Həzərovun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, şikayətə baxılması ilə əlaqədar tələb edilərək məhkəmə iclasında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli MN №1808167 saylı İnzibati Qərarla bağlı açılmış inzibati iş üzrə iş materiallarından görünür ki, X3 rayon prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatı, eləcə də xx.xx.2025-ci il tarixli əlavə izahatında X15 və onun arvadı X2 Farid Həzərovun işlətdiyi “İstok” mağazasında işlədiklərini, lakin həmin şəxslərlə heç bir əmək müqaviləsi bağlanmadığını etiraf etmişdir. İş materiallarında olan Qusar rayon prokurorluğunun 14 mart 2025-ci il “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Azərbaycan Respublikası Baş X1 İnformasiya Sisteminin “Elektron sorğu” modulunun “Əmək müqaviləsi məlumatları” yarımbəndinə baxış keçirilmiş, lakin X20 Paşayev və Yeganə Paşayeva arasında əmək müqaviləsinin bağlanması aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1, 2, 2-1, 2-2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X3 şəhərində işlətdiyi “İstok” mazağasında əmək müqaviləsi bağlamadan Şahin Paşayevi və həmin şəxsin arvadı Yeganə Paşayevanı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da, həmin şəxs Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərini pozmaqla onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir, həmin şəxsin əməli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X6 tərəfindən düzgün olaraq həmin maddə ilə tövsif edilərək barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, X7 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatları ilə, eləcə də, işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmiş və bununla da, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin Şöbənin gəldiyi nəticələr işin faktiki hallarına tam uyğundur. Bu səbəbdən də, həmin şöbə tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli MN ******* saylı qərar tam qanuni və əsaslı olmuş, işə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar