Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-123/2025 05.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ xx.xx.1975-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, evli, sürücü işləyən, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, Gürcüstan Respublikası, Poti şəhəri, Nikoladze küçəsi, 35/5 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Gürcüstan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MAN” markalı, OO406OK/AA572C nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Şəxs gömrük nəzarətinə bəyan olunmalı mallarının olub-olmaması soruşulmuş, o da, 1 ədəd “JACK DANİELS 1L” markalı viski və 1 ədəd “HENNESY 0.5L” markalı konyak olduğunu bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının yuxarı hissəsindəki əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “BMW 0.5L” markalı araq, 1 ədəd “MERCEDES-BENZ 0.5L” markalı araq və 2 ədəd “HENNESY 0.5L” markalı konyak, kabinanın yuxarı yataq yerindəki geyimlərin altından gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd “HENNESY 0.5L” markalı konyak və 1 ədəd “JACK DANİELS 1L” markalı viski, kabinada sürücü oturacağının yanındakı əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “TOYOTA 0.5L” markalı araq aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-01466/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müracitə edərək protokolu müdafiə etdiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 001/25X nömrəli ekspertiza aktına əsasən “BMW” markalı 0.5l-lik araq 1 ədəd-15 (on beş manat), “MERCEDES-BENZ 0.5L” markalı araq 0.5l-lik 1 ədəd 15 (on beş) manat, “TOYOTA 0.5L” markalı 0.5l-lik araq 1 ədədi 15 (on beş) manat, “HENNESY 0.5L” markalı 0.5l-lik konyak 1 ədədi 30 (otuz) manat cəmi 4 ədədinin qiyməti 120 (yüz iyirmi) manat, “JACK DANİELS 1L” markalı 1l-lik viski 1 ədədi xx.xx.2025-ci ilə olan orta bazar qiymətləri 60 manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Gürcüstan Respublikasının vətəndaşı Şəxs 1 ədəd “BMW 0.5L” markalı araq, 1 ədəd “MERCEDES-BENZ 0.5L” markalı araq və 4 ədəd “HENNESY 0.5L” markalı konyak, 1 ədəd “JACK DANİELS 1L” markalı viski, 1 ədəd “TOYOTA 0.5L” markalı spirtli içkiləri gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü olaraq inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “BMW 0.5L” markalı araq, 1 ədəd “MERCEDES-BENZ 0.5L” markalı araq və 4 ədəd “HENNESY 0.5L” markalı konyak, 1 ədəd “JACK DANİELS 1L” markalı viski, 1 ədəd “TOYOTA 0.5L” markalı spirtli içkilər müsadirə edilməsi tətbiq edilməlidir. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 42 (qırx iki) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 1 ədəd “BMW 0.5L” markalı araq, 1 ədəd “MERCEDES-BENZ 0.5L” markalı araq və 4 ədəd “HENNESY 0.5L” markalı konyak, 1 ədəd “JACK DANİELS 1L” markalı viski, 1 ədəd “TOYOTA 0.5L” markalı spirtli içkilər müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 42 (qırx iki) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-123/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-123/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver