Məhkəmə qərarları › İş №3(029)-124/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-124/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-124/2024 04.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X12 oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, xx.xx.1998-ci ildə Qusar rayonu, Avaran kəndində anadan olmuş, Qusar rayonu, Avaran kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin 2(029)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 18646 manat borcunu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokol ilə razı deyildir. Qusar rayon Məhkəməsinin 2(029)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalmışdır. Həmin qətnamədən maddi imkanı olmadığı üçün apellyasiya şikayəti verməmişdir. Vüqar adlı vəkil ona bildirmişdir ki, qətnamədə göstərilən borcu hissə-hissə ödəyə bilər. Ona görə də X2 borclu olduğu 18646 manatı hissə-hissə ödəmək qərarına gəlmişdir. X2 borclu olduğu pul məbləğini hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət etməmişdir. X2 pulu hissə-hissə ödənilməsi barədə xəbərdarlıq etmədən, onun evinə getmədən, ona zəng etmədən poçt vasitəsi ilə 400 manat, 40 manat, 25 manat və digər məbləğlərdə pul göndərmişdir. X4 pulu götürmədiyinə görə göndərdiyi pulu poçtdan geri götürmüşdür. X2 poçt vasitəsi ilə pul göndərilməsi ilə bağlı xəbərdarlıq etməmişdir. X2 borclu olduğu pul məbləğini tam ödəməyə maddi imkanı yoxdur. Maddi imkanı olduğu təqdirdə borcunu tam şəkildə qaytarcaqdır. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, Şəxs ona 18646 manat pul borcu vardır. Həmin borcdan ona heç bir məbləğdə pul qaytarılmayıb. Şəxs ona borclu olduğu 18646 manat pul məbləğinin hissə-hissə ödənilməsinə razı deyildir. Poçt vasitəsilə ona pul göndərilməsindən məlumatı olmamışdır. Poçtdan heç kim ona Şəxs ona pul göndərməsi barədə zəng edib məlumat verməmişdir. Yalnız bir dəfə poçt vasitəsi ilə Şəxs ona 50 manat pul göndərmişdir. 2024-cü ilin yanvar ayında ona 50 manat pul göndərmişdir. Şəxs pul borcunun tam şəkildə qaytarılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında protokolda göstərilənləri müdafiə edərək bildirmişdir ki, iş icraata daxil olduqdan sonra borclu Şəxs Şöbəyə çağırılmış, qanunvericiliyin tələbləri ona izah edilmişdir. Şəxs borcu tam şəkildə ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Şəxs borcun hissə-hissə ödənilməsi ilə bağlı Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan Məhkəmə qətnaməsində göstərilən icra sənədi üzrə pul borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs icra məmuru tərəfindən borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsə də, Şəxs həmin hüquqdan istifadə etməmişdir. X1 hər hansı bir xəbərdarlıq etmədən, onu qabaqcadan məlumatlandırmadan pulu ona poçt vasitəsilə göndərmişdir. X4 isə pulun ona poçt vasitəsilə göndərilməsindən məlumatı olmadığına görə həmin pul vəsaitini almamışdır. Bunun nəticəsində həmin pul vəsaitini göndərən yəni Şəxs poçt şöbəsinə gedərək həmin pul vəsaitini 02 gün sonra geri götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarı olduğu təqdirdə borcu hissə-hissə ödəyə bilər. Hal-hazırda isə həmin məhkəmə qərarı olmadığına və X4 bu hal ilə bağlı razılıq əldə etməyə cəhd etmədiyinə görə məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Həmçinin cərimə tənbehi tətbiq edildiyi təqdirdə maddi məhrumiyyətlərə məruz qala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar