Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-124/2025 28.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, X1, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, xx.xx.2000-ci ildə Qusar rayonu, Yasab kəndində anadan olmuş, Qusar rayonu, Yasab kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 16(029)- 14/2025 saylı icra sənədi üzrə xx.xx.2024-cü il təvəllüdlü X7 müvəqqəti olaraq X2na verilməsindən imtina etmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilmərək, uşağı xəstə olduğuna görə Bakı şəhərində müalicə etdirdiyini, anasının psixikasında problemləri olduğuna görə uşağı anasına verməkdən imtina etdiyini, yaxın 3 gün ərzində uşağı anasına qaytaracığını bildirmişdir. X2 protokolda göstərilənləri təsdiq edərək uşağın ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 protokolda göstərilənləri müdafiə etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Nəcəfovun xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(029)-14/2025 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra edilməsi barədə həmin şəxsə məlumat verilmişdir. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə xx.xx.2024-cü il təvəllüdlü X7 müvəqqəti olaraq X2na verməkdən imtina etmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Şəxs məhkəmə aktından məlumatı olmuşdur. Hal hazırda onun daimi iş yeri var. Belə olan halda məhkəmə işin xarakterini və tərəflər arasındakı münasibəti nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs yox inzibati cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs tətbiq ediləcəyi təqdirdə əlavə məhrumiyyətlərə düçar olaraq cəmiyyətdən müəyyən müddətə təcrid olacaqdır. Ьəhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-124/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-124/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver