Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-125/2022 06.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1951-ci ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş, ünvan 1 ünvanda yaşayan, ailəli, orta təhsilli, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 27.02.2022-ci il tarixdə saat 11:40 radələrində özünə məxsus olan BMW markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində hüquqsuz idarə edərkən qarşıdan gələn “Opel Astra” markalı ** BN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı ** BN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış və 09.03.2022-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı 05.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, həqiqətən də, o, 27.02.2022-ci il tarixdə saat 11:40 radələrində özünə məxsus olan BMW markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəşisməsində sürücülük hüququ olmadan idarə edərkən qarşıdan gələn “Opel Astra” markalı ** BN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı ** BN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmçinin, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini göstərərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən verilmiş 05.04.2022-ci il tarixli, 149-6190-1222 saylı arayışdan görünür ki, Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş 10.03.2022-ci il tarixli SMETA (haqqı hesab) Aktdan görünür ki, “Opel Astra” markalı ** BN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan cəmi 2550 (iki min beş yüz əlli) manat təşkil edir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarda cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-125/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-125/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver