Məhkəmə qərarları › İş №3(029)-125/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-125/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-125/2023 10.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1959-cu ildə Qusar rayonunda anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində özünə məxsus “Denepr” markalı 0297 AZQ köhnə nömrə nişanlı motosikil ilə Qusar rayonu İmamqulukənd kənd ərazisində sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə edərkən qarşıdan gələn VAZ 21061 markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Hadisə nəticəsində Qusar rayonu Gedəzeyxur kənd sakini Zərərçəkmiş şəxs məxsus “VAZ-21061” markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, 20 mart 2023-cü il tarixdə dayısı gilə getmişdir. Qusar rayonu İmamqulukənd kəndində tanışı ilə az miqdarda spirtli içki qəbul etmişdir. Həmin gün axşam radələrində evə qayıdan zaman spirtli içkinin təsiri ilə hadisə baş vermişdir. 1991-ci ildən sənədsiz motosikl idarə edir. Hazıra kimi sürücülük vəsiqəsini almaq üçün heç bir yerə müraciət etməmişdir. Hazırda əməlindən peşmandır. Maddi ziyanın bir hissəsini ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək izahatında göstərmişdir ki, özünə məxsus “VAZ-21061” markalı avtomobil ilə Qusar rayonu İmamqulukənd kəndinə gedən zaman, Şəxs idarə etdiyi motasikla onun hərəkət zolağına qarşısına çıxmışdır. Hadisənin qarşısının alınması qeyri mümkün olmuşdur. Onun avtomobilinə 900 manat maddi ziyan dəymişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, protokollaşdırma nömrəsi 05554 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 22:11-də Şəxs qanında alkoqolun konsentrasiyası 1.318 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qusar rayonu Gedəzeyxur kənd sakini Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Qusar rayonu İmamqulukənd kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs xəsarət alması faktı əsasında toplanmış material üzrə vətəndaş Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 334.3-cü və 339.1-ci maddələri üzrə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyətı üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2008-ci il tarixdən əlilliyə görə 303,75 qəpik pensiya alır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi yüngüllşdirici hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərəri ödəməsini yüngülləşdirici hal kimi qəbul edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun birinci qrup əlil olmasını, səhhətini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanının bir hissəsini ödəməsi, onunla barışmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar