Məhkəmə qərarları › İş №3(029)-126/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-126/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-126/2022 15.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1985-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Kuf oba kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 26.03.2022-ci il tarixdə saat 09:22 radələrində Qusar-Xudat yolunun 2-ci km-də “VAZ 21074 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı 26.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 06.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 26.03.2022-ci il tarixdə saat 09:22 radələrində Qusar-Xudat yolunun 2-ci km-də özünə məxsus “VAZ 21074 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onu polis əməkdaşları saxlamış, onu akotester vasitəsi ilə tibbi müayinədən keçirmişlər, o, həmin cihazı üfürmüş, cihazın tablosunda 0,304 promilli sərxoşluq çıxmış, həmin vaxt o, bununla razı olaraq alkotesterdən çıxarışa onun nəticələri ilə razı olması barədə qeyd etmiş, həmçinin polis şöbəsində avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə izahat vermişdir. İzahat verərkən ona hər hansı təsir və təzyiq olunmamış, sərbəst şəkildə izahat vermişdir. Polis əməkdaşları ona hər şeyin yaxşı olacağını demiş, bu səbəbdən də, o, alkotesterin nəticələri ilə razılaşaraq əlavə tibbi müayinəyə getməmişdir. Lakin, o, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 26.03.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 06245 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 09:22-də Şəxs qanında alkoqolun konsentrasiyası 0,304 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Həmin çıxarışa Şəxs “razıyam” qeydi etmişdir. İş materiallarında olan Şəxs Qusar RPŞ-nə verdiyi 26.03.2022-ci il tarixli izahatından görünür ki, həmin tarixdə təxminən saat 09:20 radələrində ona məxsus olan VAZ-2107 markalı ** BE *** nömrəli avtomaşınını Qusar şəhərində idarə edərkən polis əməkdaşları onu saxlamış və alkotesterdən keçirmişlər. Alkotesterin nəticəsi 0.304 faizdir. O, həmin göstərici ilə razıdır, söz verir ki, bir də avtomaşını spirtli içki qəbul edərək idarə etməyəcəkdir. Belə hal birinci dəfə olduğuna görə ona xəbərdarlıq edilməsini xahiş etmiş, həkim rəyi ilə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də və avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini bildirsə də, onun həqiqətən də, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi inzibati xəta haqqında protokola əlavə olunmuş şəxsin sərxoşluq vəziyyətini müəyyən edən alkotesterdən çıxarışla, həmçinin həmin şəxsin özünün həmin çıxarışa etdiyi “razıyam” qeydi və Qusar RPŞ-nə verdiyi izahatı ilə tam təsdiq olunmuşdur. Bundan başqa, Şəxs məhkəmə iclasında onu alkotesterdən keçirərkən özünün həmin cihazı üfürdüyünü, tablosunda 0.304 promilli qeydin çıxmasını gördüyünü, bununla razı olduğunu, buna etiraz etməyərək əlavə tibbi müayinəyə getmədiyi barədə izahat vermişdir ki, həmin izahat da, həmin şəxsin ona istinad olunan inzibati xətanı törətməsini təsdiq edir. Odur ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməməsi barədə izahatını məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edirəm. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs 26.03.2022-ci il tarixdə saat 09:22 radələrində Qusar-Xudat yolunun 2-ci km-də “VAZ 21074 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməklə həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmirəm. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar