Məhkəmə qərarları › İş №3(029)-127/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-127/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-127/2023 11.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1 xx.xx.1994-cü ildə Qusar rayonu Xurel kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarını Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs barəsində aparılan araşdırma zamanı xx.xx.2023-cü il tarixdə onun sidiyində narkotik vasitə olan THC aşkar edilmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında görünür ki, xx.xx.2023-cü il tarixdə Qusar RPŞ-nə qanunsuz ağac kəsmə faktı ilə əlaqədar gətirilmiş Şəxs barəsində Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırma ilə əlaqədar xx.xx.2023-cü tarixdə izahatı alınarkən onun Qusar rayonu Xurel kəndində yerləşən özlərinə məxsus bağ sahəsində narkotik vasitə olan qurudulmuş marixuana saxlamasını etiraf etməsi, ona görə həmin bağ sahəsində talvarın altında yerləşən yeşiyin içərisinə baxış zamanı satış məqsədi olmadan əldə etdiyi, saxladığı və istifadə etdiyi 01 ədəd selofan paketin içərisində, ümumi təmiz çəkisi 415,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı əsasında Qusar RPŞ-nin İB tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılmış, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Həmin cinayət işi baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş və hazırda məhkəmənin icraatındadır. Bundan başqa, araşdırma zamanı Şəxs tibbi müayinədən keçirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasına aparılmış, həmin xəstəxananın xx.xx.2023-cü il tarixli 8 nömrəli protokoluna əsasən Şəxs sidiyindən THC aşkar edilmişdir. Odur ki, eyni fakt üzrə Qusar RPŞ-nin İB-nin 018 yanvar 2023-cü il tarixli qərarı olduğundan Şəxs barəsində əlavə olaraq Azərbaycan Respublikası İXM-nin m206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qanuni və əsaslı deyil, belə olan halda həmin şəxs bir fakta görə iki dəfə məsuliyyətə cəlb olunmuş olar. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0, 106.0.4-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələni həll edir: işin icraatını rədd edən hallar mövcuddurmu. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs İlfan oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata, eyni fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduğundan xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İlfan oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar